Şanlı və qürurlu salnamə

 

Yeni Azərbaycan Partiyası milli etimadın və siyasi həmrəyliyin ali ünvanıdır

 

Bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan müasir müstəqil ölkə kimi tanınır. Şübhəsiz ki, bunun əsasında dayanan faktor milli maraqlara əsaslanan daxilixarici siyasət kursunun həyata keçirilməsidir.

Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti müasir dövrün tələblərinə müvafiq surətdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda irəliləyir, siyasi, iqtisadi, sosial, hüquqi və digər istiqamətlərdə reallaşdırılan islahatlar bu inkişafın davamlı olacağına əminlik yaradır.

Təsadüfi deyil ki, son illər ərzində dünya miqyasında bütün parametrlər baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Azərbaycanın iqtisadi potensialının artmasının miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib.

Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən mühüm nailiyyətlər məhz dinamik iqtisadi inkişafla və möhkəm ictimai-siyasi sabitliklə bağlıdır. 1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycanın üzləşdiyi ən böyük problemlər məhz iqtisadi tənəzzül və ictimai-siyasi sahədə hökm sürən xaos və hərc-mərcliklə əlaqədar olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitlik təmin edilib, iqtisadi inkişafın əsası qoyulub, Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mühüm tarixi xidmətlərindən biri də məhz ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması olub.

Həmin dövrdə Azərbaycanı düçar olduğu xaosanarxiyadan xilas etmək, ölkədə sabitlik və inkişafı təmin etmək üçün xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildiulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Həmin dövrün ictimai-siyasi şəraitinə, baş verən hadisələr və ölkənin vəziyyətinə nəzər yetirdikdə əminliklə söyləmək olur ki, YAP-ın yaranması tarixi zərurət idi. O zaman hakimiyyətdə olan qüvvələrin Yeni Azərbaycan Partiyasının yaranmasına yaratdıqları maneələr, göstərilən ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Yeni Azərbaycan Partiyasının yaradılması həm də Azərbaycanın siyasi sisteminin əsasının qoyulması demək idi. YAP-ın fəaliyyəti ölkəmizdə ictimai-siyasi təsisatların siyasi sistemdə səmərəli təmsilçiliyinin uğurlu nümunəsini yaratmış oldu. YAP, həm də sivil siyasi mübarizə forması və qaydalarının pozitiv örnəyini yaratdı. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi: “Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu günsadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.

Yeni Azərbaycan Partiyası yarandıqdan qısa müddət sonra xalqın inam və etimadını qazanaraq iqtidar partiyasına çevrildi. Başqa sözlə, ümummilli liderin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Təbii ki, bunun əsasında duran başlıca amil partiyaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin xarizması və yüksək nüfuzu idi. Azərbaycan xalqı böyük dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və yüksək vətənpərvərlik mövqeyi əsasında ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaracağına dərin ümidlər bəsləyirOnun rəhbərlik etdiyi partiyaya sonsuz etimad göstərirdi. Və bu inametimad özünü doğrultdu, ümummilli lider Heydər Əliyevin sədri olduğu partiya Azərbaycanın inkişafına, tərəqqi yolunda inamlı addımlarla irəliləməsinə müstəsna töhfələr verdi.

2005-ci ilin mart ayında keçirilən YAP-ın III qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra partiyada əhəmiyyətli dərəcədə mühüm dəyişikliklər müşahidə olundu. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası öz fəaliyyətini məhz ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla davam etdirərək ölkəmizin inkişafında mühüm rola malikdir. III qurultaya qədər partiyanın üzvlərinin sayı 360 min nəfərə yüksəlmişdisə, hazırda partiyamızın üzvlərinin sayı 700 mindən çoxdur. Bu, öz növbəsində, xalqın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə verdiyi dəstəyin ifadəsi, eyni zamanda YAP-ın cəmiyyətdə yüksək nüfuzunun göstəricisidir. Partiyanın yüksək nüfuzunu göstərən başlıca amillərdən biriodur ki, 700 min nəfərdən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı nailiyyətlər qazanaraq qələbələr partiyası kimi çıxış edib.

Digər tərəfdən, bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi. Ötən ilin 26 sentyabrında da ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirildi. Bu prosesdə YAP “Yeni Azərbaycan” təşviqat qrupu yaradaraq referenduma çıxarılan məsələlərin cəmiyyətdə geniş təbliğatını həyata keçirdi. Bu ümumxalq səsverməsinin nəticələri də xalqın YAP sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə böyük dəstək verdiyini, partiyamızın cəmiyyətdə yüksək nüfuza malik olduğunu bir daha nümayiş etdirdi.

Hazırda Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük ictimai-siyasi təşkilatı olmaqla yüksək beynəlxalq nüfuzageniş, çoxşaxəli əlaqələrə malikdir. Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dostqardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Vyetnam, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Partiyamız 51 ölkənin təmsil olunduğu siyasi partiyaların “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində də mühüm tribuna əldə edib. Bununla yanaşı, YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları genişdir və müxtəlif beynəlxalq qurumlarla inteqrasiya tendensiyaları dərinləşməkdədir. Xüsusilə, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP-ın təşkilatçılığı ilə Bakıda müxtəlif mövzularda keçirilən konfranslar partiyamızın beynəlxalq əlaqələrinin geniş coğrafiyasına və intensiv xarakterinə əyani misal ola bilər. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Partiyamızın 25 illik fəaliyyət dövrü müstəqil Azərbaycanın siyasi tarixinin səhifələrində şərəf və qürur tarixi kimi yer alır. Ümumxalq partiyası olan YAP ötən 25 il ərzində Azərbaycan xalqının maraqlarının ifadəçisi, dövlətimizin inkişafına xidmət edən siyasətin hərəkətverici qüvvəsi olub. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP ölkə daxilində alternativsiz ictimai-siyasi təşkilat, eləcə də siyasi sistemin lokomotiv gücü kimi çıxış edir.

Partiyamız Azərbaycanın inkişafına layiqli töhfələr verir, öz fəaliyyətində xalqın ali mənafeyini və dövlətçilik maraqlarını əsas götürür. Bütün bunlar deməyə əsas verir ki, xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək, xalqın dəstəyi ilə növbəti qələbələr qazanaraq yeni zirvələri fəth edəcək, ölkəmizin inkişafına layiqli töhfələrini davam etdirəcək.

 

Hüseyn PAŞAYEV,

YAP mətbuat xidmətinin rəhbəri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.-14 noyabr.- S.1; 8.