YAP-ın 25 illik fəaliyyəti mahiyyətcə bir əsrlik nailiyyət tarixidir

 

Bitərəf deputatlar hakim partiyanı alternativsiz siyasi təşkilat kimi qəbul edirlər

 

Azərbaycanı xaosanarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümüdür. Təkcə Azərbaycanın ictimai-siyasi həyatında deyil, bütövlükdə regiondadünyada aparıcı nüfuza malik olan partiya təntənəli şəkildə yubileyini qeyd edir.

Bu münasibətlə partiyaya ünvanlanan təbriklərdə Milli Məclisin bitərəf deputatlarının fikirləri də çox maraqlıdır. Parlamentdə heç bir partiyanı təmsil etməyən müstəqil deputatlar hesab edirlər ki, daim yeniləşən, cəmiyyətin problemlərini özünün gündəlik proqramında əks etdirən və onun həlli yollarını axtaran Yeni Azərbaycan Partiyası böyük təşkilatdır.

 

Gövhər BAXŞƏLİYEVA,

Akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru,

Milli Məclisin deputatı:

- Xalqımızın ümummilli lideri Heydər Əliyevin çox mürəkkəb ictimai-siyasi tarixi və hərbi şəraitdə yaratdığı Yeni Azərbaycan Partiyasının 25 illik yubileyidir. Bu münasibətlə ilk növbədə partiyanın rəhbəri, cənab Prezident İlham Əliyevi və bütün YAP üzvlərini təbrik edirəm. Onlara vətən, millət, xalq naminə gördükləri çoxşaxəli işlərdə tükənməz enerjiuğurlar arzulayıram.

Bu gün Azərbaycan regionun və dünyanın ən sabit, sürətlə inkişaf edən, balanslaşdırılmış daxilixarici siyasət yeridən ölkəsidir. Ancaq tariximizin bütün anlarını yaddan çıxarmamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi, şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğramış, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulmuşdur. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olmuşdur. Daxili çəkişmələr və münaqişələr, regional maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası, xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran ümummilli liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir.

1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxilixarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi toqquşmaların, silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətinə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki illərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik Heydər Əliyev şəxsiyyəti var idi! Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə Prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq, beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir.

Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir. Yeni əsrin zirvəsindən yaxın keçmişə, 1993-cü ildə baş vermiş proseslərə və bunun mərkəzində dayanan ulu öndərin çoxşaxəli fəaliyyətinə nəzər saldıqda o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik.

Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründən əldə olunan nailiyyətlər, iqtisadi uğurlar Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxardı. Məhz cənab İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan inkişaf tempinə görə ən yüksək yeri tutdu. Dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda həmin təsiri demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi.

YAP iqtidarı 25 ilə yaxındır ki, Azərbaycanı idarə edir. Bu, tarixi baxımdan 25 il çox qısa bir zamandır. Amma bu zaman ərzində Azərbaycanda əsrlərə bərabər işlər görülüb. Müstəqil, hüquqi dövlət qurulub, vətəndaş cəmiyyəti formalaşdırılıb. Ordu quruculuğu işində böyük sürətli işlər həyata keçirilibbu proses davam etməkdədir. Həyatın hər sahəsində - istər iqtisadi, istər sosial, istərsə də mədəniyyət və digər sahələrdə köklü islahatlar aparılıb. İqtisadiyyatımız dinamik inkişaf edir, böyük sosial-iqtisadi layihələr həyata keçirilir.

Bir sözlə, YAP sədri, Prezident İlham Əliyevin uzaqgörən, praqmatik siyasəti, liderlik qabiliyyəti ilə Azərbaycan tarixinin ən böyük dirçəliş dövrünü yaşayır.

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı:

- Hər bir xalq öz taleyində yaşadığı hadisələrin əsl dəyərini həyatında baş verən dəyişikliklər prizmasından qiymətləndirir. Tarix dediyimiz həyat faktı öz ardıcıllığında adi təqvim günləri ilə yanaşı, bütövlükdə xalqların və dövlətlərin taleyini müəyyən edən əhəmiyyətli dönəmləri konkretləşdirir. Öz mahiyyətində minillərin təkamül və mübarizələrinin bütöv nəticəsini ehtiva edən bu mərhələlər qarşıdakı həyat yolları üzərində dəqiqləşdirmə aparmaq üçün cəmiyyətlərə verilmiş seçim imkanıdır. Millətin, dövlətin gələcək məğlubiyyət və ya uğurlarını, ətalət və ya intensiv inkişafını məhz bu dönəmlərdə edilən tarixi seçimin məzmunu şərtləndirir.

Bu nöqteyi-nəzərdən əminliklə deyə bilərik ki, yaranmasının 25-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyası da obyektiv tarixi seçimin nəticəsi kimi siyasi həyata vəsiqə almış, müdrik xalqımız üzləşdiyi çətin sınaqdan üzüağ çıxaraq taleyini “Heydər Əliyev partiyası”na etibar etmişdir.

Bu gün ölkəmizin hər yerində böyük coşqu ilə zamanın tələbindən yaranmış, Azərbaycan vətəndaşlarının bütün arzu və istəklərinin tərənnümçüsü, ölkəmizin sürətli inkişafına töhfə verən böyük siyasi təşkilatın-Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi təntənə ilə qeyd edilir. 25 il bundan əvvəl ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən, mütərəqqi insanların arzu və istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası dahi şəxsiyyətin ideyalarının işığında əsl ümumxalq partiyası kimi özünü təsdiqləyib.

Azərbaycan xalqının müasir tarixini, əslində isə taleyini təyin edən əzəmətli hadisələr sırasında Yeni Azərbaycan Partiyasının yaradılmasının özünə layiqli yer tutması cəmiyyətin mütləq çoxluğu tərəfindən etiraf olunan həqiqətdir.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində son dərəcə ağır və keşməkeşli günlərdə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ulu öndərin rəhbərliyi altında tarixi zərurətdən yaranıb. Partiya böyük şəxsiyyətin - bütün həyatını Azərbaycan xalqına həsr etmiş çağdaş dövlətimizin banisi ümummilli lider Heydər Əliyevin ideyaları ilə yaranıb və yarandığı gündən çox böyük və şərəfli yol keçib.

1992-ci ildə ulu öndərin rəhbərliyi ilə belə bir siyasi təşkilatın yaradılması Azərbaycan xalqının sosial sifarişi, cəmiyyətin tələbi idi. Həmin dövrdə partiyanın yaradılması çox mürəkkəb ictimai-siyasi şəraitə təsadüf edirdi. Ölkəni bu vəziyyətdən çıxarmağa qadir olan təcrübəli siyasi xadimə, ümummilli liderə ehtiyac var idi. Bunu nəzərə alan 91 nəfər ziyalı Heydər Əliyevə müraciət ünvanladılar. Bu müraciət xalqın Heydər Əliyevə olan inamının ifadəsi idi. Bundan 8 gün sonra, oktyabrın 24-də Heydər Əliyevin ziyalılara müraciəti dərc olundu. Həmin müraciətdə ölkəni böhrandan xilas etməyin konsepsiyası birmənalı şəkildə öz əksini tapmışdır. Ulu öndər cavab müraciəti ilə müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insanların ümidlə baxdığı və etibar etdiyi möhtəşəm siyasi təşkilatın yaranması dahi şəxsiyyətin hakimiyyətə qayıdışının və xilaskarlıq missiyasının başlanğıcı kimi qəbul edildi. Yeni Azərbaycan Partiyasının yaranması bu mənada xalqın Heydər Əliyevə ünvanlanmış və milli iradəni özündə ifadə edən çağırışı sayıla bilər.

Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan, onun arzularını gerçəkliyə çevirən Prezident İlham Əliyev isə Azərbaycanı gələcəyə doğru inamla irəli aparır.

Son 14 ildə dövlət başçısının gördüyü işlər göz önündədir. Bu müddət ərzində ölkəmiz misli görünməmiş yüksəlişə nail oldu, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqlədi. Azərbaycanın həyatında baş verən dəyişikliklər, onu əks etdirən statistikaya qısa baxış dediklərimizin əyani təcəssümü sayıla bilər. Sözügedən illər ərzində iqtisadiyyat 3,5 dəfədən çox artdı, 1,6 milyondan çox yeni yeri açıldı, yoxsulluq səviyyəsi 5 faizə endi. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni digər, hətta yüksək dinamika nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi sayıla bilər.

Azərbaycan tarixinin son 14 ili, sözün əsl mənasında hərtərəfli inkişaf kimi dəyərləndirilir. İqtisadi inkişaf, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirildi. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirildi, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırıldı.

Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir. İnsan hüquq və azadlıqlarına sayğı, tarixi mədəni rəngarəngliyə və tolerantlığa bağlılıq, dünya birliyinin prioritet saydığı siyasi və mənəvi dəyərlərə sədaqət Azərbaycanı müasir və cazibədar dövlət kimi qəbul etmək üçün bütün əsasları yaratmışdır.

2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ilk Avropa Oyunlarına və “Eurovision -2012” mahnı müsabiqəsinə evsahibliyi etməsi, bütün dünyada multikulturalizm mərkəzi kimi ad qazanması, bir sıra beynəlxalq və humanitar təşəbbüslərin, iqtisadi potensialımızı artırmaqla yanaşı, bölgənin geosiyasi mənzərəsini kökündən dəyişən möhtəşəm enerji və nəqliyyat layihələrinin müəllifi kimi çıxış etməsi ölkənin artan beynəlxalq nüfuzunu göstərən əlamətlərin tam olmayan siyahısıdır.

Azərbaycanın bugünkü tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır və bu gün inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə təsdiqlənməsi ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətə və bu xəttin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə söykənir. Bu gün Yeni Azərbaycan Partiyası yaranmasının 25-ci ildönümünü möhtəşəm qələbələr, uğurlar, nailiyyətlər tarixi kimi qeyd edir. İnanıram ki, YAP bundan sonrakı dövrdə də yeni-yeni zəfərlərə imza atacaq.

 

Rasim MUSABƏYOV,

Milli Məclisin deputatı:

- Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevdir. Tarixdən məlumdur ki, xalqların taleyində əvəzsiz rol oynamış siyasi partiyalar ilk növbədə cəmiyyətin həmrəyliyinə bütövlüyünə, mənəvi birliyinə yönəlmiş ideyaları ilə xilaskarlıq missiyası həyata keçirməyə müvəffəq olmuşlar.

1992-ci il noyabr ayının 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası da fəaliyyətdə olduğu 25 il müddətində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, hər bir fərdin maraqlarını uca tutmaqla xalqın dərin etimadını qazanıb.

Bu gün partiyaya ulu öndərin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısının 14 il ərzində gördüyü işləri hər bir Azərbaycan vətəndaşı yaxşı görür. Prezident İlham Əliyev praqmatik lider kimi ötən 14 ildə Azərbaycanın regionda güclü qüdrətli dövlətə çevrilməsini təmin edib. Ölkənin beynəlxalq nüfuzunun sürətlə artması məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olub.

 

Zahid ORUC,

Milli Məclisin deputatı:

- Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycanda xalq hərəkatının önünə çıxan heç bir qüvvə müstəqil milli dövlət quruculuğunun ideya-siyasi xəttini düzgün müəyyənləşdirə bilmədi. Təkcə yeni formasiyaya keçid vəzifələri deyil, eləcə xarici hərbi təcavüz qarşısında yalın əllə qalan xalqın müqavimət gücünü təşkil edərək onu vahid qüvvəyə çevirmək istəyi Yeni Azərbaycan Partiyasını meydana çıxardı.

Əslində, klassik anlamda götürsək, tarixdə hakimiyyət uğrunda mübarizə məqsədilə bir araya gələn eyni əqidə sahiblərindən fərqli olaraq burada siyasi birincilik mənafeyi qətiyyən əsas götürülməmişdi. Lakin nəticədə güclü lider ətrafında səfərbər olunan çoxmilyonlu insanlar qısa müddət ərzində ölkədaxili xaosu durdurmağa qadir olan parlaq iqtidar partiyasını qarşılarında gördülər.

Yeni Azərbaycan Partiyası ötən illər ərzində dövlət cəmiyyət həyatının bütün sferalarına nüfuz etməyi bacardı, yalnız bir əhali qrupunun, yaxud regionun deyil, bütövlükdə xalqın təmsilçisinə çevrilə bildi. Sözsüz ki, sıralarında cəmiyyətin avanqard hissəsini birləşdirməsi milli elitanı toparlamaq bacarığı burada mühüm rol oynasa da, böyük xarizmaya malik olan rəhbər amili ötən illər ərzində bu partiyanın uzunmüddətli uğurlu hakimiyyət epopeyasının əsas leytmotivini təşkil edir.

XXI əsrin regional beynəlxalq çağırışlarını yaxşı bildiyi üçün Yeni Azərbaycan Partiyası hələ uzun illər ölkəmizin taleyində həlledici söz sahibi kimi qalacaqdır. Çünki Prezident İlham Əliyevin qurduğu dövlətin təhlükəsiz gələcəyi yalnız bunu tələb edir. 25 yaşlı bir təşkilatın siyasi tərcümeyi-halı ümummilli səciyyə daşıdığından bütöv Azərbaycan amalının gerçəkləşəcəyi heç kəsdə şübhə doğurmur.

Biz hər bir azərbaycanlının ədalət arzularını quruculuq ideallarını bundan sonra da özündə təcəssüm etdirən bu partiyanı iqtidarda görmək istəyirik. İlham Əliyev Azərbaycanın rəhbəri olaraq tarixdə qalacaq. Son bir əsrin ən böyük savaşını qazanmaq vətənin tamlığını təmin etmək Yeni Azərbaycanın gerçək siyasi coğrafi miqyasını müəyyən edəcəkdir. Bax onda, partiyanın ad günü Vətənin yeni təvəllüd tarixinə qovuşacaqdır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-14 noyabr.- S.8.