Fələstin Dövlətinin
Prezidenti Zati-aliləri
cənab Mahmud Abbasa
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin
Elan Edilməsi Günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Fələstin
əlaqələrinin genişlənməsi
və möhkəmlənməsi
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Fələstin
xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 noyabr
2017-ci il.
Azərbaycan.-
2017.-15 noyabr.- S.2.