Sloveniya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Borut Pahora
Hörmətli cənab
Prezident,
Sloveniya Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi,
ölkələrimiz arasındakı
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı yolunda səylərimizi bundan sonra da davam
etdirəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Sloveniya xalqının
rifahı naminə fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 noyabr
2017-ci il.
Azərbaycan.-
2017.-16 noyabr.- S.2.