Velosiped idmanının “BMX Racing” növü üzrə dünya
çempionatının 2018-ci ildə Bakı şəhərində
keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.
Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, “Tour d'Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan
Respublikasının daxili
işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan
Respublikasının fövqəladə
hallar naziri
Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə
naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının
nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri
Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri
Oqtay Şirəliyev - Azərbaycan
Respublikasının səhiyyə
naziri
Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının təhsil
naziri
Aydın Əliyev - Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsinin
sədri
Mədət Quliyev - Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
rəisi
Firudin Nəbiyev - Azərbaycan
Respublikasının Dövlət
Miqrasiya Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan
Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - “Azərişıq”
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
2. Bu sərəncamın
1-ci hissəsi ilə yaradılan Təşkilat
Komitəsi 2018-ci il
5-9 iyun tarixində velosiped idmanının
“BMX Racing” növü üzrə
dünya çempionatının
Bakı şəhərində
keçirilməsinə dair
Tədbirlər Planı
hazırlayıb həyata
keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 15 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-16 noyabr.-
S.2.