Braziliyalı nazir Azərbaycan şirkətlərini ölkəsinə investisiya yatırmağa dəvət edib

 

Azərbaycan və Braziliya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr noyabrın 15-də iqtisadiyyat naziri Şahin Mustafayevin Braziliya Federativ Respublikasının ölkəmizdə səfərdə olan xarici əlaqələr naziri Aloyzio Nunyesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən adamları da iştirak edib.

Nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Nazir Şahin Mustafayev kənd təsərrüfatı, ticarət, investisiya qoyuluşu, turizm, İKT, enerjis. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci il yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 5 faiz artıb və ticarət əlaqələrinin genişləndirilməsi üçün ixrac potensialı olan məhsullar müəyyən edilməlidir. Braziliya şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarında və aqroparklarda investor qismində iştirak edə, kənd təsərrüfatı məhsullarının birgə istehsalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər. İqtisadiyyat naziri 2018-ci ilin mart ayında adamlarının da təmsil olunacağı Azərbaycan nümayəndə heyətinin Braziliyaya səfər edəcəyini diqqətə çatdırıb.

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes ilk dəfə olaraq ölkəmizə səfər etdiyini və Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qeyd olunub ki, beynəlxalq arenada ölkələrimiz bir-birini dəstəkləyir, hər iki ölkədə səfirliklərimiz fəaliyyət göstərir. Azərbaycanın planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına uğurla keçdiyini, ölkəmizin regionun aparıcı dövlətlərindən olduğunu qeyd edən nazir Aloyzio Nunyes Azərbaycanın xarici iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Braziliya-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün lazımi şəraitin yarandığını bildirən nazir Aloyzio Nunyes hüquqi çərçivənin genişləndirilməsinin və sadələşdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Braziliya iqtisadiyyatı, aparılan iqtisadi islahatlar barədə məlumat verən braziliyalı nazir ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, ölkəsinə investisiya qoyuluşunda maraqlı olduqlarını qeyd edib, Azərbaycanlı adamlarını Braziliyaya dəvət edib.

Sonra görüşdə iştirak edən Azərbaycan adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti və Braziliya ilə əməkdaşlıq imkanları barədə məlumat veriblər.

 

Azərbaycan.- 2017.-16 noyabr.- S.6.