Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 6/20

 

Zəngin mədəniyyət, adət-ənənə və dövlətçilik təcrübəsinə malik olan Azərbaycan müxtəlif tarixi şəraitlərdə özünəməxsus inkişaf yolu keçərək milli və dövlətçilik maraqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, demokratiktolerant cəmiyyət quruculuğunda ardıcıl və qətiyyətli olmuş, haqq-ədalətə, insan haqlarına, beynəlxalq norma və prinsirlərə hörmət kimi bəşəri dəyərlərə əsaslanan zəngin tarixi idarəçilik irsi yaratmışdır. Hakimiyyətin formalaşması və idarə olunmasında xalq iradəsinin müəyyənedici meyara çevrilməsi prosesində dünyanın bir çox inkişaf etmiş ölkələrindən heçgeri qalmayan ölkəmiz bu şərəfli yolu uğurla keçmişdir. Bu iradənin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətə malik olan seçkilər institutuonun inkişaf ənənələri də ölkəmizin şərəfli tarixinə sanballı töhfə vermiş və verməkdədir.

Ölkəmizdə seçki mədəniyyətinin yüksəldilməsi, seçki hüququnun təbliği və aşılanması ilə əlaqədar görülmüş işlər dövlət müstəqilliyi bərpa olunduqdan sonra mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq elmi, hədəfli, intensiv və nəticəli olmuşdur. Həmin dövrdən başlayaraq irimiqyaslı maarifləndirmə tədbirləri ilə müşayiət olunan seçki və referendumların aşkar şəraitdə keçirilməsi, onlarla bağlı bütün məlumatların dərhal və müfəssəl ictimailəşdirilməsi, seçki (referendum) davranışlarının toplumsal vərdişlərə çevrilməsi sahəsində həyata keçirilən rəngarəng fəaliyyət seçki subyektlərinin, ümumilikdə isə cəmiyyətin maarifləndirilməsi baxımından faydalı olmuşdur. Qeyd edilən fəaliyyətin tərkib hissəsi kimi seçkireferendumla bağlı bütün məlumatları öz zəngin internet səhifəsində, “Xəbərlər” jurnalında və kütləvi informasiya vasitələrində vaxtında və keyfiyyətlə ictimailəşdirən Mərkəzi Seçki Komissiyası Azərbaycanın seçki tarixinin araşdırılmasını və müxtəlif dövrlərdə keçirilmiş seçkireferendumlara aid məlumatların geniş ictimaiyyətə çatdırılmasını seçki ənənələrinin öyrənilməsi və maarifləndirmə baxımından faydalı və məqsədəmüvafiq hesab edir. Ona görə də Azərbaycanda seçkilərin tarixini əks etdirəcək materialların toplanılması məqsədilə geniş araşdırma işləri aparılaraq aidiyyəti qurum və subyektlərlə səmərəli əməkdaşlıq şəraitində xeyli arxiv sənədləri və digər materiallar əldə edilmişdir. Xalqımızın zəngin seçki tarixini, seçki institutununqanunvericilik bazasının inkişaf ənənələrini özündə əks etdirəcək Azərbaycanda seçkilərin tarixinə həsr edilmiş toplunun hazırlanması və nəşri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Xəbərlər” jurnalının Redaksiya Şurasına və Redaksiya Heyətinə həvalə edilməlidir. İşlər yekunlaşdırıldıqdan sonra toplunun nəşri ilə əlaqədar zəruri xərclərin ödənilməsi Mərkəzi Seçki Komissiyasına tədbirlər və digər məqsədlər üçün ayrılmış vəsait hesabına həyata keçirilməli (qanunvericiliyə uyğun həll edilməklə) və müvafiq olaraq tiraj müəyyən olunmalı, kitabın elektron nüsxəsi isə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir. Araşdırma materiallarının həcmi geniş olduğundan bəzi materialların (arxiv materialları, sənəd nümunələri, dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərin siyahıları və s.) kitabaelektron nüsxəyə elektron variantda əlavə edilməsi məsələsinə redaksiya heyəti tərəfindən baxılmalıdır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.10-cu və 19.14-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Xəbərlər” jurnalının Redaksiya Şurasına və Redaksiya Heyətinə həvalə edilsin.

2. Materiallarla başa çatdıqdan sonra kitab nəfis tərtib edilərək müasir standart və tələblərə cavab verən səviyyədə nəşr edilsin.

3. Bəzi materialların (arxiv materialları, sənəd nümunələri, dövlət müstəqilliyi bərpa olunduqdan sonra keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslərin siyahıları və s.)  kitaba elektron variantda əlavə edilməsi məsələsi həll edilərək nəşrin elektron nüsxəsi Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilsin.

4. Toplunun nəşri Mərkəzi Seçki Komissiyasına tədbirlər və digər məqsədlər üçün ayrılmış vəsait hesabına (qanunvericiliyə uyğun həll edilməklə) həyata keçirilsinmüvafiq olaraq tiraj müəyyən olunsun.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

15.11.2017

 

Azərbaycan.- 2017.- 16 noyabr.- S. 6.