Parisdə “İncəsənət aləmi” kataloqu təqdim edilib
UNESCO-nun Baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası çərçivəsində “Sotheby's” və UNESCO-nun birgə hazırladığı “İncəsənət aləmi” adlı sənət əsərləri kataloqu təqdim olunub. Kataloqda Azərbaycanın UNESCO-ya hədiyyə etdiyi və qurumun binasının həyətində nümayiş olunan “daşlaşmış” at və qoç abidələrinin fotoları, ölkəmizdə bu sənətin tarixi haqqında məlumat yer alıb.
Azərbaycanın bu mötəbər quruma üzv olmasının 20 illik yubileyi münasibətilə 2013-cü il iyulun 18-də UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və baş direktor İrina Bokovanın iştirakı ilə ölkəmiz tərəfindən təşkilata hədiyyə edilmiş daş at və daş qoç abidələrinin açılış mərasimi keçirilib.
Sənət əsərlərinin kataloqu qurumun Baş Konfransının 39-cu sessiyasının bütün iştirakçılarına paylanıb.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2017.-16 noyabr.- S.7.