Kaliforniyada Fikrət Əmirov və Niyazinin əsərləri səsləndirilib

 

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyiSakramento Gənclər Simfoniyası” orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Niyazinin əsərlərindən ibarət konsert proqramı keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil edilən konsertə min nəfərədək tamaşaçı gəlib. Bədii proqramdan öncə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan haqqında məlumat verib. Ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb, Azərbaycanın müsəlman dünyasında ilk opera, operettabaletin vətəni olduğunu qeyd edib. Baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə “Sakramento Gənclər Simfoniyası”nın direktoru Maykl Nyumana, musiqiçilərimizə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya təşəkkürünü bildirib.

 Konsertdə orkestri azərbaycanlı gənc dirijor Mustafa Mehmandarov idarə edib. Gənc müğənni Mərziyyə Hüseynova orkestrin müşayiəti ilə Fikrət Əmirov Niyazinin məşhur əsərlərini ifa edib. Tədbirdə Fikrət Əmirovun həyat yaradıcılığını əks etdirən videoçarx da nümayiş olunub. Tamaşaçılar tərəfindən alqışlanan konsert proqramı F.ƏmirovunAzərbaycan kapriççiosuilə yekunlaşıb.

 

Məhəmməd Nərimanoğlu

 

Azərbaycan.- 2017.-16 noyabr.- S.7.