“Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695
nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 668-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 847; 2014, ¹ 10, maddə 1196; 2015, ¹ 3, maddə 270, ¹ 5, maddə 531, ¹ 9, maddə 1006; 2016, ¹ 6, maddə 1059, ¹ 11, maddə 1824; 2017, ¹ 1, maddə 40, ¹ 5, maddə 825) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.6.9-cu və 1.6.14-cü yarımbəndlər ləğv edilsin;
2. 4.2-ci bənddən “52.3-cü,” və “60.1-ci maddəsinin üçüncü cümləsində,” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-18 noyabr.- S.1.