Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma
nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma
nəzarətinin həyata keçirilməsi
Qaydaları”nı “Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 11,
maddə 1415) ilə təsdiq edilmiş “Dövlət şəhərsalma
nəzarətinin həyata keçirilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1.3-cü yarımbəndin
ikinci cümləsindən “(2 nömrəli əlavə)”
sözləri çıxarılsın.
2. 2 nömrəli əlavə ləğv
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 noyabr 2017-ci il
Azərbaycan.-
2017.-18 noyabr.- S.2.