“Azərbaycan Respublikasının dövlət sərhədi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 1, maddə 1; 1995, ¹ 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 7, maddə 444; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2008, ¹ 10, maddə 886; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 2, maddə 95; 2016, ¹ 1, maddələr 14, 19; 2017, ¹ 4, maddə 518) 12-ci maddəsinin ikinci hissəsində “dövlət” sözü “milli” sözü ilə əvəz edilsin, üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.-18 noyabr.- S.2.