Prezident İlham Əliyev: Xoş
niyyətlə gələn bütün qonaqlara öz
qapılarımızı açırıq
“İlham Əliyev. İnkişaf
- məqsədimizdir” çoxcildliyinin
45-ci cildi çapdan
çıxıb
Bu yazının sərlövhəsinə çıxarılmış sözlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildindən götürülüb. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı yekun nitqində deyib: “Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və biz bütün inteqrasiya proqramlarına çox müsbət baxırıq. Azərbaycanda liberal iqtisadiyyat və işləmək üçün bütün imkanlar vardır. Azərbaycan xalqı qonaqpərvər xalqdır, Azərbaycanda quruculuq-abadlıq işləri, müasir xidmətlərin yaradılması məsələləri, əlbəttə ki, miqrantları cəlb edir. Onu da qeyd etməliyik ki, Azərbaycanda ictimai asayiş çox yüksək səviyyədə qorunur, təhlükəsizlik tədbirləri güclüdür. Şəhərlərimizə xas olan əlamət ondan ibarətdir ki, insanlar özlərini çox rahat hiss edirlər. Azərbaycanda kriminogen durum da çox yaxşıdır. Əlbəttə, bu amillər xaricdən gələnlərə, necə deyərlər, əlavə təkan verir. Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq. Ancaq bütün bu işlər qanun çərçivəsində həll olunmalıdır və qanunsuz miqrasiyaya qarşı tədbirlər davam etdirilməlidir”.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin 45-ci kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni ilə başlanır.
Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2011-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul
olduğu çoxcildliyin
45-ci kitabında dövlətimizin
başçısının həyata keçirdiyi uğurlu xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə,
ordu quruculuğuna, regionların sosial inkişafının təmin
olunmasına, cəmiyyətimizin
demokratikləşdirilməsi istiqamətində önəmli
nailiyyətlərə və
ictimai-siyasi həyatın
digər sahələrinə
dair nitqləri, çıxışları, tövsiyələri
öz əksini tapıb.
Bu cilddə
Prezident İlham Əliyevin ölkəmizə
rəsmi səfərə
gələn Yunanıstan,
Rumıniya, Ukrayna və Litvanın dövlət başçıları
ilə görüşləri
zamanı apardığı
danışıqlara, imzalanan
sənədlərə və
mətbuata bəyanatlarına
dair materiallar da toplanıb. Azərbaycan
Prezidenti bütün görüş və danışıqlarda diqqəti
Ermənistanın işğalçılıq
siyasətinə yönəldib,
dünya ictimaiyyətini
regionun inkişafına
əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn norma
və prinsipləri çərçivəsində həllinə dəstək
olmağa çağırıb.
Dövlətimizin başçısının
Azərbaycana səfər
etmiş İordaniya, Fransa, Rusiya, Latviya, Türkiyə, Çexiya, ABŞ və digər ölkələrin,
Avropa Şurasının,
YUNESKO-nun, ATƏT-in, Avronest Assambleyasının, beynəlxalq
idman federasiyalarının,
BP şirkətinin və
digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini
qəbul etməsinə,
ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə
iştirak etmək üçün respublikamıza
gəlmiş nüfuzlu
nümayəndə heyətləri
ilə görüşlərinə
dair materiallar da nəşrin bu cildində yer alıb.
Kitaba, həmçinin
Prezident İlham Əliyevin Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılışında nitqi,
Azərbaycan Milli Elmlər Akademiyasının
illik ümumi yığıncağında giriş
və yekun nitqləri, Bakıda keçirilən X Azərbaycan
Beynəlxalq turizm və səyahətlər,
II Ümumrespublika daxili
turizm sərgiləri ilə tanışlığına
dair materiallar, XIV Avrasiya iqtisadi zirvə toplantısının
iştirakçılarına müraciəti, Pravoslav Xristian icmasına müqəddəs Pasxa bayramı münasibətilə
təbriki, “Rossiya-24” telekanalına
müsahibəsi də
daxil edilib.
Nəşrin bu cildində dövlətimizin
başçısının Masallı, Astara, Sabirabad, Saatlı, İmişli, Ağcabədi,
Zərdab rayonlarına
səfərləri, ictimaiyyət
nümayəndələri ilə
görüşləri, bölgələrdə
və respublikamızın
paytaxtında aparılan
abadlıq-quruculuq işləri
ilə tanışlığına
dair materiallar əksini tapıb.
Kitaba “Qeydlər”,
“Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil
edilib.
“Azərnəşr”
tərəfindən buraxılan
45-ci cildin hazırlanmasında
Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-
2017.-18 noyabr.- S.3.