“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin:

 

Budaqov Tahir Yaqub oğlu

Qəhrəmanova Sədaqət Məmmədyar qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-19 noyabr.- S.2.