“Əməkdar
jurnalist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında
kütləvi informasiya
vasitələrinin inkişafındakı
xidmətlərinə görə
aşağıdakı şəxslərə
“Əməkdar jurnalist”
fəxri adı verilsin:
Quliyev Səlahəddin
Məlik oğlu
Paşayev Hüseyn
Məmməd oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 noyabr 2017-ci il
Azərbaycan.- 2017.-19 noyabr.-
S.2.