Fransa portalıBakı Prosesihaqqında yazır

 

Fransanın “Opinion InternationaleportalındaSülhün təşviqi heç nəyə baxmayaraq yenə Qafqazdan keçir...” adlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünün bəhrəsi olan 10 illiyi qeyd edilənBakı Prosesi”ndən bəhs edilir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşBakı Prosesi”nin əhəmiyyəti vurğulanır.

Məqalədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin siyasi iqtisadi böhranlarla üzləşməsindən, beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin işğalından söz açılır. Azərbaycanın zəngin təbii ehtiyatlarının olduğu vurğulanan məqalədə neft gəlirlərinin qaçqın məcburi köçkünlərin problemlərinin həllinə yönəldiyi diqqətə çatdırılır.

Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası dinlərarası dialoqun təşviqi üçün qlobal platforma yaratmaq məqsədiləBakı Prosesi”ni irəli sürməsindən, İpək Yolunun əhəmiyyətindən söhbət açır. İşğala məruz qalan ölkəmizin öz resurslarını təkcə iqtisadi sosial inkişafa deyil, eyni zamanda, beynəlxalq səviyyədə dialoq sülh ideyalarının təşviqinə sərf etdiyi vurğulanır, Qafqazın yeni geosiyasi konfiqurasiyasından söz açılır. Diqqətə çatdırılır ki, Şərq Qərb, Cənub Şimal arasındakı coğrafi kəsişmədə yerləşən Azərbaycan mühüm strateji məkan kimi özünü təsdiqləyib.

Məqalədə qeyd edilir ki, hazırda bir çox ölkələr dialoqa inanır, sərmayələr yatırmaqla, layihələrlə, fəal əməkdaşlıqla onu dəstəkləyir. Sülhməramlı ölkələrin, xüsusilə də Azərbaycanın göstərdiyi belə səylər dəstəklənməlidir. Bu ölkələr nəcib missiyalarını davam etdirməyə təşviq edilməlidir. Yalnız belə təşəbbüsləri dəstəkləməklə gələcək nəsillər üçün daha firavan gələcəyə nail olmaq olar.

 

Azərbaycan.- 2017.-19 noyabr.- S.2.