Mən jurnalistəm, Bakıdan danışıram...”

 

Mən jurnalistəm, Bakıdan danışıram...” O, 1990-cı ilin müdhiş 20 Yanvar gecəsindən sonra dünyaya belə səslənmişdi. O vaxtAzadlıqradiosunun Bakı nümayəndəliyinin rəhbəri idi. Xalqımız müstəqillik tarixinin ən şərəfli kədərli bir dövrünü yaşayırdı. Elmira Əmrahqızının asta, lakin fəryad, imdad, ümid dolu səsi Bakıdan Münhenə, oradan da dünyaya yayılırdı. Elmira Azərbaycan həqiqətlərindən danışırdı...

“Elmira Əhmədova. Mən jurnalistəm...” kitabının dünən AZƏRTAC-da keçirilən təqdimat mərasimində dünyadan vaxtsız köçmüş dəyərli qələm sahibinin ömürnaməsi vərəqlənərkən məhz bu hadisə yada düşdü. Ona görə ki, həqiqətən Qanlı Yanvar günlərində Azərbaycanın informasiya blokadasını yaranlardan biri Elmira Əmrahqızı olmuşdu.

Mən jurnalistəm...” deyirdi Elmira Əmrahqızı buna da, sözün əsl mənasında, haqqı vardı. Çünki o, əsl jurnalist idi.

Elmira Əmrahqızının ölümündən 20 ilə yaxın vaxt keçir. Azərbaycan oxucularının dinləyicilərinin yaşlı, eləcə orta nəsli onun sözünü, səsini yaxşı xatırlayır. Gənc nəslə, o cümlədən bu gün əlinə təzəcə qələm götürən, jurnalistliyi özünə ömürlük peşə seçən gənclərə onu tanıtmağın böyük əhəmiyyəti var. Odur ki, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı Elmira Axundova, mərhum jurnalistin oğlu Abdulla Abdullayev başqalarından ibarət yaradıcı komandanın zəhməti ilə araya-ərsəyə gələn bu kitabın nəşri yerinə düşür.

Milli Məclisin deputatı E.Axundova adaşı olan həmkarı ilə dəfələrlə rəsmi səfərlərə getdiyini, çoxsaylı tədbirləri işıqlandırdığını aralarında yaranan dostluğu bir daha xatırladı. Bu gün onun ailəsi ilə əlaqələrinin qırılmadığını, Elmira Əmrahqızının evində Elmira adlı gözəl bir körpənin böyüdüyünü diqqətə çatdırdı.  

E.Axundova bir jurnalist olaraq həmkarını yüksək dəyərləndirdi. Vurğuladı ki, əgər Elmira Əmrahqızı başqa bir söz deməmiş, başqa bir məqalə yazmamış olsa belə, təkcə 20 Yanvar hadisələri zamanındakı fəaliyyəti ulu öndər Heydər Əliyevdən aldığı hələ ilk müsahibələri ilə jurnalistikamızın tarixində qalacaqdı,  jurnalistikanı çox sevirdi: “Qoy Elmiranın doğmaları məndən inciməsinlər - onun həyatda ən böyük məhəbbəti jurnalistika idi. O, sənəti yolunda ölümə getməyə hazır idi, gedirdi ...”     

Bu sənəti hələ Ağstafada orta məktəbdə oxuyanda seçmişdi. Universitetə qəbul imtahanlarını müvəffəqiyyətlə vermişdi.

1969-cu ildə tələbə bileti alıb Fəxri xiyabana Həsən bəy Zərdabinin qəbrini ziyarət etməyə getdilər. Orada müəllimlər nədənsə, tələbələr adından danışmaq üçün Elmiraya söz verdilər. Bu bir təsadüfmü, yoxsa zərurətmi idi? Onda məktəb partasından təzəcə ayrılmış, saçlarını hörüb kürəyinin arxasına atmış bu sadə qızın qəlbində seçdiyi sənətə böyük bir məhəbbət çağlayırdı. Görünür, müəllimləri bu qızın jurnalistikaya təsadüfən gəlmədiyini elə ilk andan bilmişdilər.

Elmiranın tələbə yoldaşı, jurnalist, əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova onun poetik duyğulu, lakin çox vətənpərvər bir xanım, Böyük Vətən müharibəsində qəhrəmanlıq yolu keçmiş atasını özünə həyat idealı seçmiş bir insan olduğunu söylədi. Bəlkə elə buna görə Elmira Əhmədova özünə məhz atasının adını təxəllüs götürmüşdü.

O dövrün tələbə-jurnalistləri Azərbaycan radiosu ilə sıx əməkdaşlıq edir, verilişlər hazırlayır, həm püxtələşir, həm yaxşı qonorar alırdılar. Elmira da tələbə yoldaşları ilə birgə radioya tez-tez gedirdi. İllər keçdi, gənc jurnalistlərin hərəsi bir sahədə fəaliyyətə başladı - kimi qəzetdə, kimi nəşriyyatda... Elmira Əmrahqızı isə radioya sadiq qaldı.

Lakin harada işləməsindən, hansı informasiya vasitəsini təmsil etməsindən asılı olmayaraq, Elmira Əmrahqızı bütün ömrü boyu qələminə əqidəsinə, xalqına dövlətinə sadiq qaldı. Çünki kitaba A.Aslanovun yazdığıÖn söz”də deyildiyi kimi, vətəni xalqı üçün döyünən böyük ürəyə sahib idi. Elmira Əmrahqızının qələmi o ürəyin diktə etdiklərini yazır, sözlər dilinə o ürəkdən süzülüb gəlirdi.

Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin xarici səfərlərini işıqlandıran mətbuat qrupuna Elmira Əmrahqızı da daxil idi. Həmin dövrün özünəməxsus çətin, gərgin anlarında bu media qrupunun digər üzvləri kimi, o da bütün sınaqlardan mətanətlə çıxdı.

“Mən jurnalistəm... - deyirdi Elmira Əmrahqızı. - Nəzəriyyəni sovet jurnalistikası məktəbində öyrənən, təcrübəni isə Azərbaycanın milli azadlıq dalğasında, Azadlıq meydanında, 20 Yanvar Bakısının qanlı küçələrində, cəbhə bölgələrində keçən bir müxbirəm. Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixinin, demək olar ki, ən mühüm, vacib anlarının şahidi olan bir jurnalistəm”.

Dünən AZƏRTAC-da Elmira Əmrahqızının xatirəsinin, sözünün işığına toplaşanlara onu yaxından tanıyan Aslan Aslanov, İsaq Əmənullayev, Aynur Bəşirqızı və başqaları da məhz belə bir jurnalistdən söhbət açdılar. Onlar Elmiranın bu sözlərini də xatırladılar: “Taleyi biz seçmirik. O, bizi seçir. Biz ölərilər bir zaman çərçivəsində bizi seçmiş taleyin daşıyıcılarıyıq. Ancaq əgər belə bir imkan olsaydı, mən çox vaxt mərhəmətindən naşükürlük etdiyim bu qəribə və mürəkkəb taleyimi tərəddüd etmədən yenidən seçərdim”.

Cəmi 46 il ömür sürmüş bir qələm sahibinin şəxsiyyətinə, sənət sevgisinə, mərdliyinə mətanətinə işıq salan sözlərdir bunlar...

 

Flora SADIQLI

 

Azərbaycan.- 2017.- 19 noyabr.- S.4.