Dövlətə və xalqa layiqli xidmət məramı

 

Yaranmasının 25-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizdə ümummilli mənafeləri tam əks etdirən, bütün xalqın səfərbəredici siyasi gücünə çevrilən, birbaşa demokratiya və müstəqillik ideyaları ilə çıxış edən yeganə partiyadır. İndiyədək YAP qədər Azərbaycançılıq ideyalarına bağlı olan, siyasi proseslərdə əsl xalq partiyası kimi iştirak edən təşkilat olmayıb, hazırda da yoxdur və gələcəkdə də mümkün deyil. Çünki ümummilli lider Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bugünün və sabahın partiyasıdır.

1992-ci ildə YAP-ın yaranması xalqın və zamanın tələbi idi. Partiyamızın yaranmasının ilk rəsmi çağırışı “91-lərin müraciəti” idi. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladıqları müraciətində həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı. Ümummilli lider Heydər Əliyev müraciətə cavabında “Əgər belə partiya yaradılmışsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” söyləməklə Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi.

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gələn Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də ölkə Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Heydər Əliyevin Prezident seçilməsi bütün Azərbaycan xalqının ürəyincə idi. Çünki xalq gözəl bilirdi ki, məhz Heydər Əliyev ölkəni bürümüş böhrandan, anarxiyadan, özbaşınalıqdan, dövlətçiliyi itirmək təhlükəsindən qurtara bilər. Xalq öz müdrik oğluna inanır və onu dəstəkləyirdi. Tarixi gedişat Azərbaycan xalqının öz istək və tələbində yanılmadığını, Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ən düzgün addım atdığını sübuta yetirdi.

2003-cü ildən sonra ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 14 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.

Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə yaxşı münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir. YAP üzvlərinin fəal surətdə ölkəmizdə həyata keçirilən ictimai-siyasi proseslərdə iştirak etdiklərini nəzərə alsaq, bu, həm də partiya sədrinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin dəstəklənməsi və həmin siyasətin həyata keçirilməsində fəal iştirak etmək istəklərinin ortaya qoyulması deməkdir.

Fərəhli haldır ki, Prezident İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasiiqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər, bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır.  Dövlət başçısı ölkəmizin əldə etdiyi bütün uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunuonun üzərində şərəfli missiya dayandığını söyləyən Azərbaycan Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir:Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır”.

Bu gün YAP Azərbaycanın alternativi olmayan aparıcı siyasi qüvvəsidir. Öz ətrafında 700 mindən çox insanı birləşdirən YAP-ın üzvləri ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında s. sferalarda fəal iştirak edir, öz əməlləri ilə partiyanın güclənməsinə xidmət edirlər. Partiyanın getdikcə daha çox nüfuz qazanaraq cəmiyyətimizin əsas siyasi qüvvəsinə çevrilməsi məhz onun dövlət xalq qarşısındakı layiqli xidmətlərinin nəticəsidir.

25 illik yubileyimiz münasibətilə bütün YAP üzvlərini təbrik edir, onlara dövlətə xalqa xidmət missiyasında yeni nailiyyətlər arzu edirəm.

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2017.-21 noyabr.- S.6.