“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 605; 2004, ¹ 12, maddə 1014; 2009, ¹ 7, maddə 527; 2010, ¹ 2, maddə 77; 2014, ¹ 5, maddə 477, ¹ 10, maddə 1187; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 1, maddə 36) aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-1-ci maddəsinə uyğun olaraq, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formalarını və onların təqdim edilmə qaydasını iki ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-22 noyabr.-
S.1.