“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 oktyabr tarixli 1621 nömrəli və 10 oktyabr tarixli 1631 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
1.4.33-cü bəndə “Məcəllənin” sözündən sonra “43.1,” rəqəmləri və “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “, 602-1.1-ci maddəsində “səlahiyyətli orqan” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 4.48-1-ci bənd əlavə edilsin:
“4.48-1. həmin Məcəllənin 602-1.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”.
3.5.44-cü bənddə “və 544.2-ci” sözləri “, 544.2 və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla)” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-22 noyabr.-
S.2.