“Azərbaycan Respublikası ilə
Özbəkistan Respublikası arasında əməkdaşlıq
üzrə Birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası tərəfindən yeni
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli
2505 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1148; 2009, ¹ 6, maddə 424; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 8, maddə 1521) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “İltimas Məmmədov - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini” sözləri çıxarılsın;
1.2. “Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”, “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” və “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilsin;
1.3. “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Özbəkistan Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr
2017-ci il
Azərbaycan.- 2017.-22 noyabr.-
S.2.