Turizm filmləri festivalı tamaşaçılarda xoş ovqat yaradıb

 

Bakıda keçirilən IV Beynəlxalq Turizm Filmləri Festivalı və III “Türk filmləri həftəsi” paytaxt sakinləri, şəhərimizin qonaqları və turistlərdə xoş ovqat yaratmışdır. Xatırladaq ki, Azərbaycanın paytaxtı dördüncü dəfədir ki, Beynəlxalq turizm filmləri festivalına evsahibliyi edib. Festivalda 5 kateqoriya üzrə (ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri və TV məhsulları) filmlər nümayiş etdirilib.

Hər kateqoriya üzrə ilk üç yeri tutan ekran əsərləri müvafiq olaraq qızıl, gümüşbürünc medallara, diplompul mükafatlarına layiq görülüblər. Yerli filmlər eyni zamanda Milli Mükafat uğrunda mübarizə aparıblar. Festivalda müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında fikir mübadilələri həyata keçirilib. Dünyanın onlarla ölkəsinin qatıldığı bu festivalda ölkəmizin turizm potensialının beynəlxalq ictimaiyyətə tanıdılması diqqət mərkəzində olub.

Bakıda Nizami Kino Mərkəzində böyük təntənə ilə davam etdirilən digər bir tədbir - III “Türk filmləri həftəsi” də kinosevərlərə xoş anlar yaşadıb. Tamaşaçılar “Yeni dünyafilmi ilə yanaşı, rejissor Bilal BabaoğlununAşiq”, rejissor Sinan SertelinBir gün bir uşaq”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre KonukunŞagird” filmlərini ödənişsiz izləmək imkanı əldə ediblər.

Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə keçirilən festivalın əsas məqsədi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin isə Türkiyədə geniş təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçirilmiş, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılmışdır.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb: “Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir. Bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq. Çünki biz illərlə bir-birimizdən ayrı qaldıq. Bir ananın iki oğlu 70 ildən çox bir-birinin həsrətini çəkdi. Bu 70 il dünya kinosunun, mədəniyyətinin inkişaf dövrü oldu. Çox şükür ki, biz 26 il öncə yenidən qovuşduq. Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik. İnanıram ki, tamaşaçılar filmləri maraqla seyr ediblər”.   Festival çərçivəsində tamaşaçılar hər gün iki film izləyə biliblər.

Növbəti tədbir Bakı Dövlət Universitetində keçirilib. Universitetin rektoru Abel Məhərrəmov qonaqları salamlayaraq iki ölkə arasında sarsılmaz dostluq münasibətlərinin gündən-günə inkişaf etdiyini qeyd edib. Rektor III “Türk filmləri həftəsi”nin məqsəd məramından, müasir türk kinematoqrafiyasının yüksək inkişafından bəhs edərək mədəniyyətlərin, elm təhsilin inteqrasiyanın, münasibətlərin sivil ən uzunömürlü olduğunu vurğulayıb.

Sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət tanıtma müşaviri İrfan Çiftçi, festivalın koordinatoru, rejissor Öner Kılıç, aktyorlar Qaye Turqut, Mehmet Usta, Meltem Miraloğlu, rejissorlar Caner Erzincan, Bilal Babaoğlu, Sinan Sertel, prodüserlər - Ahmet Edebali, Turqay Şahin, “Star” qəzetinin mədəniyyət bölməsinin redaktoru Bedir Acar Yeni Şafakqəzetinin əməkdaşı Ayşe OlqunOrtaq mədəniyyət, ortaq kinoşüarı ilə hazırlanan festivalın əsas məqsədinin Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş təbliğ olunduğunu qeyd ediblər.

Türkiyədə bu yaxınlarda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinin keçirilməsində məqsəd ölkələr arasında mədəniyyətlərin bir araya gəlməsinə daha yaxından tanıdılmasına töhfələr verməkdir.        

Türk filmləri həftəsi”ndəki fəaliyyətlərinə görə təşkilatçılar, filmlərin rejissorları aktyorlar diplom xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2017.-22 noyabr.- S.7.