Azərbaycanın multikulturalizm ənənələri dünyada ən yaxşı modeldir

 

Hazırda Qərb ölkələrində multikulturalizm prinsipləri ciddi şəkildə böhran keçirməkdədir. Avropanın aparıcı ölkəsi olan Britaniyada belə multikultural dəyərlər siyasi zədə alaraq müəyyən qüvvələr tərəfindən bilərəkdən gözdən salınır. Faktlara əsasən demək olar ki, Avropada multikulturalizm birgə yaşam tərzi anlayışından çıxaraq sırf siyasi əhəmiyyət daşımağa başlayıb.

Avropa hökumətlərinin məsələyə konseptual baxışı ikinciüçüncü nəsildən olan mühacirlərin cəmiyyətə inteqrasiyasına yox, yad mədəniyyətin təmsilçiləri ilə yanaşı yaşamağa, daha çox dözümlü olmağa əsaslanırdı. Məsələn, İngiltərə hökuməti multikulturalizm siyasətini heçinteqrasiya məqsədilə yox, daha çox siyasielektoral mülahizələrdən çıxış etməklə yürüdür, bu zaman özlərinin məhdud maraqlarını güdürdülər. Millətçi atmosferin formalaşması nəticə etibarilə cəmiyyətdəki multikulturalizmin özülünü yavaş-yavaş dağıtmağa başlayırdı. Əslində, multikulturalizmassimilyasiya eyni problemin - cəmiyyətin parçalanmasının həlli üçün irəli sürülən müxtəlif strategiyalardır. Avropada istiqamətverici fikirlərdən birio olub ki, immiqrasiyainteqrasiya dövlət strategiyaları və qurumları tərəfindən idarə edilməlidir. Amma multikulturalizmin Azərbaycan modelində heç bir zaman ölkədəki etnik qruplar arasında multkulturalizmin prinsiplərinə tərs olaraq təpki müşahidə olunmayıb.

Əslində, çoxşaxəli multikulturalizm hərəkatı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının daha bir effektli yolunu müəyyənləşdirib. İsveçdə, Almaniyada, İtaliyada, Fransada, Rusiyada, xüsusilə də İngiltərədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Rus Pravoslav kilsəsinin rəhbərliyinin, katoliklərin nümayəndələrinin, udilərin, dağAvropa yəhudilərinin rəhbərlərinin və digər dini, milli icmaların üzvlərinin yerli konfessiya və dövlət xadimləri ilə faydalı görüşlərini qeyd edə bilərik. Bu, sadəcə multikulturalizmin Azərbaycan modeli barədə kiçik bir misaldır. Çünki bu yöndə kifayət qədər konfranslar, treninqlər, tədbirlər  təşkil olunur. Azərbaycanda ləzgi, tat, talış, yəhudi, rus, gürcü, alman, udi, buduq, ingiloy, avar, dargin və digər etniklər tarixin müəyyən dövründə yaşayıb və hələ də birlikdə yaşamaqdadırlar. Bu gün hər kəsin qonşuluğunda başqa millətin nümayəndəsi var və yaşayarkən hiss etdiyimiz rahatlığı onlar da ən azından bizim qədər hiss edirlər. Bu, Azərbaycan modelinin sadəcə etnik və millət tərkibidir.

Şübhəsiz ki, multikultural modelin formalaşması üçün dövlətin diqqət və qayğısı danılmazdır. Prezident İlham Əliyevin 2015-ci il 15 may tarixli qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm Mərkəzi tez-tez ölkə daxilində və xaricdə müxtəlif səpkidə elmi konfranssimpoziumlar təşkil edərək Azərbaycan modelini dövlətlərin diqqətinə çatdırır. Düşünürəm ki, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amil kimi qeyd edilməlidir. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə bu günə qədər miqrantlara münasibətdə milli, etnikdini zəmində hüquq pozuntusu qeydə alınmayıb. Bu bir statistikadır, bu bir faktdır. Bütün bu qeyd etdiklərimdən çıxış edərək deyə bilərik ki, bu “dağılan” dünyada multikulturalizmin Azərbaycan modeli nümunədir və digər ölkələrdə  öyrənilməsi yalnız fayda verə bilər. Buna biz ulu öndər Heydər Əliyevin neçə illər bundan öncə təməlini qoyduğubu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində nail olmuşuq. Bu siyasətə sadiq qalaraq multikulturalizm dəyərlərinin uğurla davam etdirilməsi, qarşımıza qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bundan sonra da bütün imkanlarımızı səfərbər etməliyik.

 

Samirə HƏSƏNOVA,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının magistrantı

 

Azərbaycan.- 2017.-22 noyabr.- S.7.