NATOAzərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, noyabrın 23-də Brüsseldə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatı
-Prezident Əliyev, NATO mənzil-qərargahına
yenidən xoş gəlmisiniz. Sizi burada görməyə
çox şadam.
Çox
konstruktiv görüşə
görə Sizə təşəkkürümü bildirirəm. Mən, həmçinin
Şimal Atlantika Şurası çərçivəsində
görüşü də
səbirsizliklə gözləyirəm.
Siz bu Şurada bütün 29 müttəfiq
ölkənin nümayəndələri
ilə görüşəcəksiniz.
Bu gün
biz aramızda olan uzunmüddətli əməkdaşlığımızı
müzakirə etdik. Biz Əfqanıstandakı Qətiyyətli
Dəstək Missiyasına
qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə
maliyyə dəstəyi
formasında verdiyiniz davamlı dəstəyə
görə Sizə minnətdarıq. Həmçinin Əfqanıstandakı Qətiyyətli
Dəstək Missiyasına
qoşunların artırılması
ilə bağlı qərarınıza görə
Sizə təşəkkürümü
bildirirəm.
NATO ilə
Azərbaycan arasındakı
tərəfdaşlığın başlanğıcı uzun
illər bundan öncəyə təsadüf
edir. Bu tərəfdaşlığın
təməli demokratik
dəyərlərə və
prinsiplərə sadiqlik
əsasında qoyulub.
Bu gün bizim
praktiki əməkdaşlığımız
bacarıqların inkişafından
tutmuş enerji təhlükəsizliyinə qədər
bir çox sahələri əhatə
edir və keçmiş sovet ordusundan qalmış partlamamış mina və
hərbi sursatların
təmizlənməsi üçün
etimad fondu çərçivəsində aparılır. Mən,
həmçinin Sizə
BMT Təhlükəsizlik Şurasının
qadınlar, sülh və təhlükəsizlik
üzrə 1325 saylı
qətnaməsini bizim
əməkdaşlıq gündəliyimizə
daxil etdiyiniz üçün təşəkkürümü
bildirirəm. Bütün bunlar
Avratlantik məkanın
daha da təhlükəsiz
olmasına töhfə
verir. Biz seçdiyiniz bütün
sahələrdə Sizinlə
işimizi davam etdirməyə və əməkdaşlığımızı daha da inkişaf
etdirməyə sadiqik.
Biz Sizi təhlükəsizlik
sahəsində islahatların
daha da artırılmasına
dəvət edirik və korrupsiya ilə mübarizə sahəsində Sizə dəstək olmaq üçün bizim dürüstlüyün artırılması
proqramından tam faydalanmağa
çağırırıq.
Bu gün
biz, həmçinin Cənubi
Qafqazda regional təhlükəsizliyi
də müzakirə etdik. Həll olunmamış Dağlıq
Qarabağ münaqişəsi
narahatlığa səbəb
olan məsələdir.
Aydındır ki, bu münaqişənin hərbi
yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini
dəstəkləyirik və
Ermənistan prezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin
danışıqlar yolunun
davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik.
Beləliklə, Prezident Əliyev, icazə verin, buraya təşrif buyurduğunuz və
NATO-nun mənzil- qərargahına
baş çəkdiyiniz
üçün Sizə
bir daha təşəkkürümü bildirim. Şimali Atlantika Şurası
çərçivəsində görüşünüz əməkdaşlığımızın
gələcəkdə necə
dərinləşdirilməsinin müzakirə edilməsi nöqteyi-nəzərdən əhəmiyyətli
bir fürsət olacaqdır. Bir daha təşəkkür edirəm,
buyurun.
Azərbaycan Prezidenti
İlham Əliyevin bəyanatı
-Çox sağ olun,
cənab baş katib. Əvvəlcə dəvətinizə görə təşəkkür
edirəm. NATO-nun mənzil-qərargahına bir
daha gəlməyimə
və əməkdaşlığımıza
aid mühüm məsələlərin
müzakirəsi üçün
imkan əldə etdiyimə görə çox şadam.
Əməkdaşlığımızın artıq yaxşı tarixi var. Azərbaycan
NATO-nun bir çox əməliyyatlarında - K-4-də, İSAF-da iştirak etmişdir. İndi isə Azərbaycan
Qətiyyətli Dəstək
Missiyasına öz töhfəsini verir.
Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi
qulluqçumuz NATO hərbiçiləri
ilə çiyin-çiyinə
xidmət edir. Azərbaycan,
həmçinin koalisiya
qüvvələri üçün
multimodal tranzit və ərazimiz üzərindən
uçuş imkanlarını
təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna
töhfə verib və cənab baş katib qeyd etdiyi kimi,
Əfqanistanda sülh,
təhlükəsizlik və
sabitliyə daha da artıq töhfə
vermək üçün
hərbi qulluqçularımızın
sayını artıracağıq.
2004-cü ildən
bəri Azərbaycan Fərdi Tərəfdaşlıq
Fəaliyyət Planına
qoşulub və dörd tsikli bitirib. Beşinci tsikl hazırda
icra olunmaqdadır.
Bu, həmçinin bizim əməkdaşlığımızın
vacib elementidir.
Cənab baş katib qeyd etdiyi kimi,
biz bu gün regional təhlükəsizliklə bağlı
məsələləri müzakirə
etdik. Regional təhlükəsizlik
üçün ən
böyük təhlükə
Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir
ki, ərazilərimiz erməni işğalı
altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın
və məcburi köçkün vəziyyətinə
düşüb, azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun
qəbuledilməzliyi və
dəyişməli olduğu
ilə bağlı bəyanatlarına rəğmən
Ermənistan status-kvonu
mümkün qədər
çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal
olunmuş ərazilərdən
dərhal və qeyd-şərtsiz çıxarılması
ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələri və
Azərbaycanın ərazi
bütövlüyü əsasında
həll olunmalıdır.
Azərbaycanın ərazi bütövlüyü
bütün dünya tərəfindən tanınır.
Bu gün
biz, həmçinin nəqliyyat
təhlükəsizliyi ilə
bağlı məsələləri
də müzakirə etdik. Mən cənab baş
katibə məlumat verdim ki, Azərbaycan
öz qonşuları
ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla
tamamlayıb. Bu, Asiya və Avropa
arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə
daha asan və səmərəli olacaqdır.
Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk. Çox sağ olun.
Azərbaycan.- 2017.-24 noyabr.- S.1-2.