Azərbaycan “Expo-2025” Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün ən yaxşı məkandır

 

Azərbaycan son illərdə beynəlxalq konfranslar, simpoziumlar, forumlar, dialoqlar, sərgilər, festivallar və digər tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir.

Bu tədbirlər həmçinin ölkəmizin qədim tarixini, mədəniyyətini, vətənpərvərliyini, humanizmini, ədəbiyyatını, musiqisini, ən nəhayət, tolerant bir ölkə olduğunu dünyaya tanıtdırır. Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnikdini müxtəliflik Azərbaycanda yaşayan bütün xalqların, millətlərin həyat tərzinə çevrilib. Bu mənada Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olmasını yüksək qiymətləndirən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva deyib ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır: “Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də əminəm ki, Azərbaycan bu universal platformaya evsahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir.

Əsrlər boyu ölkəmiz qitələrin və sivilizasiyaların kəsişməsində yerləşib. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır”. Birinci vitse-prezident vurğulamışdır ki, Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür. “Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb.

Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq”.

Bu gün Azərbaycan dünyada böyük neft ölkəsi kimi tanınmaqla digər yeraltı və yerüstü sərvətləri ilə də məşhurdur, elm, incəsənət, idman, turizm və digər sahələrdə dünya rekordlarına imza atıb, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Paytaxt Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə yüksək səviyyədə evsahibliyi ediləcəyinə əminlik bildirən Azərbaycanın Birinci vitse-prezidenti çıxışında vurğulayıb ki, biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həllinə imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. Tariximizbugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və ISESCO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam həmrəyliyi ilielan etdik. 2015-ci ildə keçirilən I Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir.

Birinci vitse-prezident çıxışının sonunda deyib: Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq. Ümumdünya Sərgisinə evsahibliyi etmək üçün təklifimizi dəstəkləmək məqsədilə əsas məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm:

1. Bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var. 2. Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır. 3. Biz siyasiiqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik. 4. Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixinmüasirliyin nadir qarışığını təcəssüm etdirir. 5. Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişionlara elektron vizaların verilməsini təmin edən ölkədir. 6. Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür”.

Bu məsələyə münasibət bildirən AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev demişdir:

- Fransanın paytaxtında Bakının Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən tədbirdə iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin inkişaf etmiş, güclü və qüdrətli dövlət kimi nailiyyətlərini, habelə Bakı şəhərinin isə beynəlxalq tədbirlərin, sərgilərin yüksək səviyyədə keçirilə biləcək mərkəz kimi imkanlarını diqqətə çatdırıb. Əminliklə deyə bilərəm ki, bu sərgidə Bakının qalib olmaq şansı böyükdür. Azərbaycan Asiya ilə Avropanın kəsişməsində yerləşir. AncaqYekaterinburq, nə Paris, nə də Osaka buna sahib deyil. Bununla yanaşı, namizəd ölkələrin heç biri Azərbaycan qədər tolerant deyil. Eyni zamanda, namizəd şəhərlərin heç biri Bakı qədər zəngin mətbəxə və qonaqpərvərliyə malik deyil. Digər məsələlərdə də Bakı öndədir. O baxımdan, Mehriban xanım Əliyevanın səsləndirdiyi arqumentlər reallığı əks etdirir və tamamilə doğru yanaşmadır. Çünki bunların hamısı obyektiv fikirlərdir. Sərgiyə iddia edən digər şəhərlər sadalanan xüsusiyyətləri özündə birləşdirmir. Bu baxımdan, rəqabətdə Bakının sərgiyə evsahibliyi etməsi şansı digərlərinə baxanda daha böyükdür. Başqa bir tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın paytaxtı Bakı uzun müddətdir bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. İndiyəcən keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olunub və Azərbaycan özünü doğruldub. Bu, bir daha Azərbaycanın belə tədbirlər keçirməyə qadir olduğunu təsdiq edir. Bununla bağlı zəngin ənənə və təcrübə var. Ona görə də Bakının rəqabətdə qalib olma şansı yüksəkdir.

Milli Məclisin deputatının sözlərinə görə, 2000-ci ildən “Expo” hərəkatının fəal üzvü olan Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun işinə özünəməxsus töhfələrini verə bilib. Hətta Azərbaycanın son 3 il ərzində keçirdiyi sərgilərin ziyarətçilərinin sayı milyondan çox olub: Ona görə də bu gün Avropa və Asiyanın qovuşuğunda yerləşən, sivilizasiyalararası dialoqda əhəmiyyətli rol oynayan Azərbaycanın ümumi bərabərliyi, hörmət prinsiplərini özündə əks etdirən unikal birgə fəaliyyət platforması olan Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Sərgisinə evsahibliyi etməyə mənəvi haqqı çatır. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, beynəlxalq hesabatlardakı yüksək nəticələri, müxtəlif qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi etməsi, insan kapitalının formalaşdırılmasında yeni model ortaya qoyması, hətta sərginin təşkilinə 20 mindən çox könüllünü cəlb etməsi Azərbaycanın “Expo-2025” Ümumdünya Sərgisini yüksək səviyyədə təşkil etməsinə münbit zəmin yaradıb”.

Bu gün Bakı şəhəri inkişafına görə dünyanın diqqətindədir. Sərginin paytaxtımızda keçirilməsi haqqında müsbət qərar olarsa, bu, bütövlükdə ölkəmizin perspektiv tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edəcək, eləcə də “Expo-2025” Beynəlxalq Sərgilər Bürosunun tarixinə xüsusi sərgi kimi həkk olunacaq.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2017.-24 noyabr.- S.1; 4.