G.A.Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Gülnar Akif qızı Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-25 noyabr.- S.2.