Multikulturalizmin mükəmməl nümunəsi
Azərbaycan müxtəlif etnik, dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş milli siyasətin aparıldığı çoxmillətli, çoxdinli ölkədir. Tarixən Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq milli mentalitetimizə xas olmuşdur. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində dinc yanaşı yaşamış, aralarında heç bir ayrı-seçkilik olmamışdır. Bu, adına “tolerantlıq” deyilən, gerçəkdə isə xalqımızın genetik koduna möhürlənmiş insanlıq, humanizm və bəşərilikdir.
Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir, hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında dövlət başçısı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin əsası qoyuldu və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrildi. Konfransın keçirilməsində əsas məqsəd Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü - vasitəçisi rolunu oynamaqla yanaşı, fərqli mədəniyyətlər arasında dialoqun inkişafına xidmət edən “Bakı Prosesi”nin əsasını qoymaq və bu fəaliyyətlərin mərkəzində duran Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirməkdir.
Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verdi. Bu mənada “Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsindən tutmuş 2016-cı ilin aprelində təşkil olunan BMT-nin 7-ci Sivilizasiyalararası Alyansına qədər - bütün bunlar hamısı multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzinə çevrilməsini beynəlmiləlləşdirdi.
Birgəyaşayışın Azərbaycan modelinin təbliğində əsas rol oynayan üç komponentdən biri də azərbaycançılıqdır. Azərbaycançılıq ideologiyası qədim dövrlərdən bugünümüzədək xalqımızın gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi yaranmış və formalaşmışdır.
Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun dövlətçiliyimiz naminə göstərdiyi ən böyük tarixi xidmətlərindən biridir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən süzülüb gələn mənəvi dəyər olaraq, vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqətçəkən məqamlardandır. Ulu öndər ölkənin etnik rəngarəngliyini dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın burada yaşayan hər kəsin doğma ata-baba yurdu, vətəni olduğunu dönə-dönə vurğulayırdı.
Multikulturalizm milli, dini, irqi və mədəni çeşidliliyin və fərqliliyin qarşılıqlı hörmət və anlaşma zəminində qəbul edilməsi, bir cəmiyyətin bütün üzvlərinin konstitusion mədəni hüquqlarının qorunması və adıçəkilən müxtəlifliyin xalqın ümumi rifahına və sabit inkişafına xidmət etməsinə nail olan təbii və düşünülmüş həyat tərzinin nəticəsi kimi başa düşülür. Prezident İlham Əliyevin Azərbaycanın timsalında multikulturalizmi xalqımızın həyat tərzi kimi ifadə etməsi məsələnin dəqiq tərifini vermiş olur, həmçinin bu yaşam tərzinin təbii və milli xasiyyətimizin bir parçası olmasını təsdiqləyir. Ölkə rəhbərinin multikulturalizmi milli sərvətimiz kimi dəyərləndirməsi isə artıq dövlətin bu məsələyə yanaşmasının düşünülmüş siyasətə söykəndiyini nümayiş etdirir.
Milli azlıqlar onlara özünəməxsusluqlarının qorunub saxlanması üçün yardım göstərilməsi üzrə dövlət tədbirlərini bəyənirlər. Bu, həmin məsələ üzrə ictimai rəyin demokratik Avropa şüuruna yaxın olması ilə əlaqələndirilir. Onlar həmçinin millətlərarası münasibətlər sahəsindəki dövlət siyasətini müsbət qiymətləndirirlər. Etiraf edək ki, ictimai həyatın hər hansı digər bir sahəsinin qiymətləndirilməsində belə həmrəylik müşahidə olunmur. Təbii ki, buna zorla və ya hər hansı bir inzibati yollarla nail olmaq qeyri-mümkündür. Azərbaycanda yaşayan müxtəlif xalqlar əsrlər boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamış və günümüzədək yaşatmışlar.
2016-cı il ölkədə “Multikulturalizm ili” elan olundu. Prezident İlham
Əliyev multikulturalizmi
dövlət siyasəti
elan edərək, bunu ardıcıl olaraq davam etdirəcəyini
təkcə ölkə
daxilində deyil, bir sıra mötəbər
tribunalarda da əminliklə vurğulayıb.
Prezident İlham Əliyevin Bakıda “XXI əsr: ümidlər və çağırışlar”
devizi ilə keçirilən Beynəlxalq
Humanitar Forumda dediyi kimi: “Öz
dininə hörmət
başqa dinə hörmətdən başlayır.
Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə,
bütün xalqları
birləşdirir. Eyni zamanda,
hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən
də mədəniyyətlərarası
dialoqun və dinlərarası əməkdaşlığın
inkişaf etdirilməsi
sahəsində xeyli iş görülmüşdür.
Hələ 2012-ci il iyunun 22-də Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət
naziri, Roma Papasının
Müqəddəs Arxeologiya
üzrə Şurasının
sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının
bərpasına dair ikitərəfli saziş” imzalanmışdı. 2014-cü il iyunun
2-də Mehriban xanım
Əliyevanın Roma Papası
Fransis ilə görüşü zamanı
Papa Heydər Əliyev
Fondunun dəstəyi ilə Müqəddəs
Roma katakombalarının bərpasını
yüksək qiymətləndirmişdi.
Böyük zəka sahibləri, görkəmli dövlət
və ictimai-siyasi xadimlər dini dəyərlərə həmişə
yüksək önəm
veriblər, onu düzgün qiymətləndirməyi
bacarıblar. “Qurani-Şərifin
bizə verdiyi tövsiyələr, dərs,
göstərdiyi yollar
paklığa, düzlüyə,
doğruluğa, sədaqətə,
qəhrəmanlığa, cəsarətə,
cəsurluğa dəvət
edən tələblərdir,
tövsiyələrdir” - bu
fikirlər xalqımızın
ümummilli lideri Heydər Əliyevə məxsusdur. Ulu öndər
dinimizin saflığının
qorunub saxlanılmasında
olduqca böyük işlər görmüşdür.
Prezident İlham Əliyevin bu dinə, dini
dəyərlərə, dindarlara
olan münasibəti, dini abidələrin qorunub saxlanılmasında,
bərpa edilməsində,
yenilərinin tikilib istifadəyə verilməsində
gördüyü işlər
də təqdirəlayiqdir.
Ölkəmiz, demək
olar ki, hər il
dinlərarası dialoqun
vacibliyi haqqında keçirilən beynəlxalq
konfranslara, elmi simpoziumlara və s. tədbirlərə evsahibliyi
edir. Bu baxımdan Azərbaycan dini sərbəstlik və tolerantlığa görə
qabaqcıl dünya ölkələrinə əsl
nümunə ola bilər. Respublikamızın müstəqil dövlətçiliyi
bərpa olunduqdan sonra, mədəniyyətimizə
təsir edən müxtəlif amillərdə
Şərq və Qərbin sintezi və ahəngini qoruyub saxlamaqla, İslam və mədəniyyətin əsrlərin
sınağından çıxmış
qarşılıqlı təcrübəsi
bizim üçün
böyük örnəkdir.
Bayram NİFTƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
magistrantı
Azərbaycan.- 2017.- 26 noyabr.- S.4.