Konfessiyalararası dialoq genişlənir

 

İslam Həmrəyliyi İli - 2017

 

Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi mühüm bir hadisəyə çevrilib. Bununla Azərbaycan dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində öz mövqeyinirolunu yenidən aydın şəkildə nümayiş etdirir.

İslam həmrəyliyi ilinin layiqincə keçirilməsi üçün ilin əvvəllərindən başlayaraq yaddaşlardan heç zaman silinməyəcək bir-birindən maraqlı və möhtəşəm tədbirlər təşkil edilir. Beynəlxalq əhəmiyyətli, mötəbər tədbirlərin hər biri Azərbaycanı dünyaya tanıdır, onun sülhə, əmin-amanlığa, mədəniyyətlərarası dialoqa verdiyi dəyəri və sadiqliyini təsdiq edir. 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsi, həmçinin bu il BMT, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və ISESCO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərin məhz ölkəmizdə təşkili bu xeyirxah missiyadan irəli gəlir.

Prezident İlham Əliyevin elan etdiyiİslam həmrəyliyi ili” çərçivəsində tədbirlər davam edir. Bakıda, Helsinkidə, Tehranda, İstanbulda, Daşkənddə və Madriddə təşkil olunmuş beynəlxalq tədbirlərin ardınca noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoqİslam həmrəyliyi” mövzusunda konfrans keçirildi. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Sankt-Peterburq Dövlət Universitetinin, Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu üzrə Ruhani İdarəsinin birgə təşkilatçılığı ilə düzənlənən konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının institut rəhbərləri, din xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti iştirak etdi.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd etdi ki, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət strategiyası qismində həyata keçirilir. Dövlət başçısının qlobal səviyyədə ümumbəşəri və dini dəyərlərin müdafiəçisi kimi çıxış etməsi, “Multikulturalizm ilinin ardınca 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ilielan etməsi beynəlxalq müstəvidə ksenofobiya, islamofobiyanın aradan qaldırılması işinə güclü təkan verir. Rusiya Federasiyasında da ənənəvi dinlərə hər zaman diqqət və dəstəyin olduğunu nəzərə çatdıran şeyxülislam söylədi ki, Rusiya üçün İslam dünyasına, müsəlman mədəniyyətinə hər zaman ehtiramlı münasibət səciyyəvi olubbununla da bu ölkə dünya miqyasında müsəlmanların inam və hörmətini qazanıb.

Qeyd edək ki, qədim tarixə, zəngin mədəniyyətə malik bu iki ölkə - Rusiya ilə Azərbaycan arasında əlaqələrin qurulmasından əsrlər ötür. Hər zaman yüksək səviyyədə olan münasibətlər bütün sahələr üzrə səmərəli əməkdaşlığın yaranması və inkişafı ilə nəticələnib. Rusiya və Azərbaycan prezidentlərinin xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı səmimi münasibətlərin inkişafı naminə göstərdikləri səylər ölkələrimizdə çox müsbət qarşılanır. Azərbaycanın və Rusiyanın dini liderləri, MDB Dinlərarası Şurasının həmsədrləri olaraq istər hər iki ölkə, istərsə də MDB məkanında çoxkonfessiyalı və çoxmillətli cəmiyyətin birliyinin qorunub saxlanılması vacib vəzifə kimi qarşıya məqsəd qoyulub. Xalqlarımız arasında mövcud olan səmimi münasibətlər və xoş əlaqələr olduqca dəyərli tarixi nailiyyətdir və bu dəyəri qoruyub saxlamaqinkişaf etdirmək zəruridir.

Bu gün dünyamızda islamofobiya, ksenofobiya meyillərinin gücləndiyi kimsəyə sirr deyil. Odur ki, bu, ölkələrimiz arasında buna qarşı fəaliyyətin daha intensiv, daha səmərəli olmasını zəruri edir. Çünki qarşılıqlı əməkdaşlıq şəraitində və davamlı şəkildə həyata keçirilən tədbirlər sayəsində hər cür qlobal problemlərin öhdəsindən gəlmək mümkündür.

İllərdir ki, həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ümumilikdə yaşadığımız regionun sabitliyi və tərəqqisi yolunda böyük əngələ çevrilib. Şeyxülislam problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğuladı.

Tədbirdə Rusiya Federasiyası Federasiya Şurası sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun konfrans iştirakçılarına müraciətini oxudu. Sonra Moskvabütün Rusiyanın patriarxı Kirillin tədbir iştirakçılarına müraciəti səsləndirildi.

Müraciətdə bildirildi ki, Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə yüksəksəviyyəli qarşılıqlı etimada söykənən münasibətlərdən çox məmnundur.

Daha sonra Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun müraciəti oxundu.

Bu tədbirin böyük əhəmiyyət daşıdığını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da söylədi o, bir müddət əvvəl Moskvada keçirilən dini liderlərin görüşünü yada saldı. Səfir bildirdi ki, Rusiyanın şimal paytaxtında keçirilən bu beynəlxalq konfrans xalqlarımız ölkələrimiz arasında mehriban dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir, Azərbaycan Rusiya prezidentlərinin yaxın dostluq münasibətləri bütün sahələrə müsbət təsir edir.

Konfrans çərçivəsində keçirilən plenar iclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən söz açdı. O, Azərbaycanda dini sabitliyin hökm sürdüyünü, bütün dinlərin nümayəndələrinin sakit, rahat həyat yaşadıqlarını dedi. Bu gün Azərbaycan öz tarixinin ən maraqlı səhifələrindən birini yaşayır. Azərbaycanda 28 qeyri-islam dini icması fəaliyyət göstərir. Onlardan 17-si xristian dininin müxtəlif cərəyanlarına aiddir. Ən böyük qeyri-islam dini təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan həmçinin qədim kilsələrdən birinin - şərqi pravoslavlığa aid olan Alban kilsəsinin vətənidir. Udilər bugünədək ölkəmizdə yaşayırlar. Azərbaycanda tarixən formalaşmış tolerant adət-ənənələr sayəsində udilər müsəlmanlar arasında öz doğma dillərini, dini xüsusiyyətlərini qoruyub saxlayırlar.

Rusiya-İslam Dünyası” Strateji Baxış Qrupunun koordinatoru Veniamin Popov, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, müfti İsmayıl Verdiyev, Milli Məclisin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkin, bu ölkənin Əlyazmalar İnstitutunun direktoru İrina Popova və AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli də çıxış edərək Rusiya ilə Azərbaycan arasında hökm sürən, yüksək səviyyədə davaminkişaf etdirilən qarşılıqlı tərəfdaşlıqdan, bütün sahələri əhatə edən əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirdilər.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 26 noyabr.- S.4.