“İqtisadi,
ticarət, elmi və texniki
əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam
Hökumətlərarası Komissiyasının Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 27 oktyabr tarixli 1476 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1476 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1184; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsində “Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri “Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr
2017-ci il
Azərbaycan.-
2017.-28 noyabr.- S.3.