“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1133; 2016, ¹ 6,  maddə 1036; 2017, ¹ 4, maddə 525, ¹ 7, maddə 1339) 4.8-ci bəndində “həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini” sözləri “həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi qaydasını” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-28 noyabr.- S.3.