Diplomatik məharətin və siyasi qətiyyətin
təntənəsi
Prezident İlham Əliyevin xarici
siyasət strategiyası Azərbaycanı müasir
beynəlxalq münasibətlər sisteminin
fəal aktoruna çevirib
Qloballaşan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan müstəqil Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.
Bərabərhüquqlu və qarşılıqlı
faydalı əməkdaşlıq
Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir. Son illər Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm onun ətrafında əlverişli xarici mühit formalaşdırılıb, həm də milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib.
Bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməsi ilə səciyyələnir. Əldə edilən nəticələr Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur və ölkənin uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ötən həftə Azərbaycanın siyasi həyatında baş verən iki mühüm hadisə isə ölkə diplomatiyasının növbəti uğurları sırasına yazılmaqla barabər milli maraqların reallaşması baxımından da önəmli gerçəklik oldu.
NATO-nun mənzil-qərargahına altıncı səfər
Noyabrın 23-də Prezident İlham Əliyev altıncı dəfə NATO-nun mənzil-qərargahına səfər etdi. Dövlət başçısı öncə təşkilatın baş katibi Yens Stoltenberqlə görüşərək 23 illik tarixə malik Azərbaycan-NATO tərəfdaşlığının uğurlu nəticələri və gələcək planlarla bağlı ətraflı müzakirə apardı. Sonra cənab İlham Əliyev baş katiblə birlikdə mətbuata bəyanatla çıxış etdi.
Yens Stoltenberq Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında Azərbaycanın verdiyi davamlı dəstəyə görə cənab İlham Əliyevə minnətdarıq edərək bildirdi ki, NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Baş katib həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq NATO-nun münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəklədiyini vurğuladı.
Həmin gün Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak etdi. Şuradakı 29 müttəfiq ölkənin nümayəndələrinin qarşısında çıxış edən Azərbaycan Prezidenti bir daha münaqişənin həlli istiqamətində aparılan danışıqlara toxunaraq Ermənistanın işğal edilmiş torpaqlarımızda törətdiyi hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi barədə ətraflı məlumat verdi. Prezident bir daha BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin icra edilmədiyini və Ermənistanın status-kvonu saxlamaq niyyətində olduğunu diqqətə çatdırdı.
Dövlət başçısı ölkəmizlə NATO arasında əməkdaşlığın böyük potensialının olduğunu deyərək Azərbaycanın regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün bu tərəfdaşlığı davam etdirdiyini vurğuladı.
Avropa İttifaqı ilə tərəfdaşlıq əsas
prioritetlərdən biridir
Noyabrın 24-də isə Prezident İlham Əliyev Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinə qatıldı.
Öncə onu qeyd edək ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Budəfəki sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Riqa sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər. Artıq Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Əsas mərhələlərin isə məhz Brüssel sammitində müəyyənləşdirilməsi nəzərdə tutulmuşdu.
Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında Azərbaycan yeni sazişlə bağlı fəal danışıqlara başlayıb. Yaxın zamanlarda danışıqların uğurla başa çatacağı gözlənilir. Bu isə Aİ ilə Azərbaycan arasında əməkdaşlığı davam etdirmək üçün yaxşı imkanlar yaradacaq.
20 milyard
dollardan çox investisiya, strateji tərəfdaşlıq bəyannamələri
Sammitdə çıxış
edən dövlət başçısı bildirdi
ki, Avropa İttifaqı Azərbaycanın
əsas ticarət tərəfdaşıdır: Ticarətimizin,
demək olar ki, 50 faizini üzv ölkələrlə
olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına
20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir.
Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək
üçün çox
maliyyə vəsaiti yatırmağa hazırdır.
Azərbaycanın üzv dövlətlərlə
ikitərəfli formatda
əlaqələrini fəal
şəkildə inkişaf
etdirdiyini bildirən Prezident vurğulayıb ki, ölkəmiz Avropa İttifaqına üzv 9 dövlət ilə strateji tərəfdaşlıq bəyannamələri
qəbul edib. Bu isə
o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin
üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir: Bu, gənc müstəqil ölkə
üçün çox
vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək
razılaşmanı strateji
əlaqələrin gücləndirilməsində
daha bir mühüm mərhələ
hesab edirik.
İqtisadiyyatın inkişafı
müstəqillik üçün
güclü təməldir
Dövlət başçısı
Azərbaycanın siyasi
və iqtisadi islahatlar siyasətini davam etdirdiyini, demokratiyanın inkişafına,
insan haqlarının qorunmasına böyük önəm verdiyini və buna ciddi
şəkildə sadiq
olduğunu diqqətə
çatdırdı: Eyni
zamanda, biz iqtisadiyyatımızı
dəyişdiririk. Azərbaycan iqtisadiyyatının
uğurlu inkişafı
həm də bizim müstəqilliyimiz üçün güclü
təməldir.
İqtisadi cəhətdən müstəqil
olanda, sözsüz ki, daha müstəqil
xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı
sürətlə inkişaf
edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox
artıb. Biz işsizlik
səviyyəsini 5 faizə
endirməyə nail olmuşuq.
Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən
də aşağı
səviyyədədir. Bizim yaxşı kredit reytinqlərimiz var. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın
rəqabətqabiliyyətliliyinə görə ölkəmizi
35-ci yerə layiq görüb.
Avropanın enerji xəritəsini əhəmiyyətli
dərəcədə dəyişdirəcək
layihə
Prezident İlham
Əliyev sammitdə Azərbaycanın enerji siyasəti, həmçinin
təşəbbüskarı və iştirakçısı
olduğu beynəlxalq
layihələr barədə
də məlumat verdi. Qeyd etdi
ki, genişmiqyaslı
enerji layihəsi olan Cənub qaz dəhlizi uğurla inkişaf edir. Dəyəri 40 milyard dollardan
artıq olan bu layihə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan
Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz
xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək.
Bu, enerji təhlükəsizliyi
siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir,
çünki Azərbaycanın
qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin
enerji xəritəsini
əhəmiyyətli dərəcədə
dəyişdirəcək. Azərbaycanın təsdiq
olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli
olacaq: Azərbaycan Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi
təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə
Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi
onun uğurla həyata keçirilməsi
üçün böyük
əhəmiyyət kəsb
edir.
Dövlət başçısı oktyabrın
30-da Bakıda təntənəli
açılış mərasimi
ilə istifadəyə
verilən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən
də söz açaraq vurğulayıb
ki, Azərbaycan həm də Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən
ölkəyə çevrilib. Enerji təhlükəsizliyi,
nəqliyyat təhlükəsizliyi,
iqtisadi inkişaf - bütün bunlar ölkəmiz üçün
vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir.
Azərbaycanın Avropa dəyərlərini
paylaşan bir ölkə olduğunu deyən Prezident əminliklə vurğulayıb
ki, qarşıdakı
illərdə ölkəmizlə
Avropa İttifaqı arasındakı əməkdaşlıq
uğurla davam edəcək və tezliklə müstəqil Azərbaycanın qarşısında
yeni imkanlar açacaq saziş imzalanacaq.
İşğalçı Ermənistanın
daha bir acı məğlubiyyəti
Son illərdə
beynəlxalq birlik tərəfindən ciddi təpkilər alan
işğalçı Ermənistana
Avropa İttifaqı da ağır zərbə vurdu. Sammitin Birgə Bəyannaməsində
bu ölkənin işğalçı siyasəti
qətiyyətlə pislənildi.
Qeyd edək ki, sammitdən
bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində antiazərbaycançı qüvvələrin
dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi gülünc
formada ermənipərəst
lobbi dairələrinin
dəstəyi ilə ərsəyə gələn
bu tövsiyə sənədini Ermənistan
diplomatiyasının qələbəsi
kimi təqdim edirdi. Brüssel sammitində qəbul
olunan Birgə Bəyannamədə bu tövsiyələrin heç
biri öz əksini tapmadı. Ermənistanın və erməni
lobbi dairələrinin
cidd-cəhdlərinə baxmayaraq,
imzalanan Birgə Bəyannamədə Şərq
Tərəfdaşlığının bütün dövlətlərinin
ərazi bütövlüyü,
müstəqilliyi və
suverenliyi birmənalı
olaraq bir daha dəstəkləndi.
Bəyannamədə deyilir:
Avropa İttifaqı bütün tərəfdaşların
ərazi bütövlüyü,
müstəqilliyi və
suverenliyini dəstəkləməyə
dair öhdəliklərinə
sadiqdir.
Sənəddə regionun bir çox bölgələrində beynəlxalq
hüququn prinsiplərinin
pozulmasına narahatlıq
ifadə olunur və mövcud münaqişələrin beynəlxalq
hüququn norma
və prinsipləri əsasında həllinə
dəstək ifadə
edilir.
Xüsusi vurğulanmalıdır ki,
Birgə Bəyannamədə
Avropa İttifaqının
Xarici Siyasət və Təhlükəsizlik
Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki,
bu Qlobal Strategiyada Avropa İttifaqının üzv
və qonşu dövlətlərinin ərazi
bütövlüyü beynəlxalq
səviyyədə tanınmış
sərhədlər çərçivəsində
qeyd edilib.
Birgə Bəyannamənin
digər bəndində
Şərq Tərəfdaşlığı
ölkələrinin ərazilərində
baş verən bütün münaqişələrin
beynəlxalq hüququn
norma və
prinsipləri əsasında
həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu
bəndə onun işğalçı maraqlarına
cavab verən maddələrin əlavə
edilməsi cəhdləri
puça çıxıb.
Əlbəttə ki, hər bir
beynəlxalq təşkilat
tərəfindən Azərbaycanın
işğal olunmuş
torpaqlarının geri
qaytarılması faktının
vurğulanması Prezident
İlham Əliyevin diplomatik qələbəsidir. Çünki dövlət başçısının
rəhbərliyi altında
aparılan uğurlu xarici siyasət dünya birliyinin, çox mötəbər
beynəlxalq təşkilatların
münaqişənin həll
olunması ilə əlaqədar beynəlxalq
hüquqa uyğun qərarın qəbul olunması istiqamətində
fikrinin formalaşmasına
ciddi şəkildə
təsir göstərir.
Bütün bunlar isə
cənab İlham Əliyevin xarici siyasət strategiyasının
uğurlu davamının
və müstəqil dövlətimizin dünya
birliyindəki mövqelərinin
getdikcə möhkəmləndiyinin
bariz təcəssümüdür.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2017.-28 noyabr.- S.1; 5.