YARAT”da yoqa ilə bağlı seminar olub

 

“YARAT” Müasir İncəsənət MərkəzindəYoqanın biopsixologiyasıadlı seminar keçirilib.

YARAT”dan AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arzu Əliyeva seminarda iştirak ediblər.

Açarya Sadananda Avadhuta tərəfindən həyata keçirilən seminar zamanı şüurun vücudla olan əlaqəsini nəzərdən keçirməklə yanaşı, vəzi hormonların xarakterimizə, davranışımıza, əhvalımıza necə təsir etdiyindən danışılıb.

Hormonlar bizim duyğularımıza nəzarət edir. Əgər vəzilər düzgün tənzimlənməyibsə hormonları həddindən artıq ya az miqdarda törədirsə, insan ruh düşkünlüyündən əziyyət çəkir, depressiyaya uğrayır. Yoqa - vücud xasiyyəti harmonik idarə etməyi öyrədir. Bu, mənəvi, fiziki zehni sahələrdə daha da sürətli inkişaf etməyə imkan verir.

Açarya Sadananda Avadhuta 17 min saatdan çox meditasiya təcrübəsinə malikdir. On beş ildə 12 min insana yoqa və meditasiyanın əsaslarını öyrədib, 40-a yaxın yoqa üzrə təlimatçı hazırlayıb. O, 3 il İsveçHindistan yoqa monastırlarında yaşayıb. Hər il bir çox ölkələrdə yoqa seminarları keçirir. Onun təşəbbüsü və təşkilatçılığı ilə Altayda (Rusiya) tutumu 500 nəfər olan Mənəvi İnkişaf və Təbii Müalicə Mərkəzi inşa olunub. Pulsuz onlayn yoqameditasiya kursunun təsisçisidir.

 

Azərbaycan.- 2017.-28 noyabr.- S.6.