Tərtərdə ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim Məmmədov son illər rayonda
görülən işlər, həyata keçirilən layihələr
barədə dövlətimizin başçısına məlumat
verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi
göstəriciləri xeyli
yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri
tikilib, istehsal müəssisələri
yaradılıb. Ulu öndər Heydər
Əliyevin abidəsinin yerləşdiyi parkda
son vaxtlar yenidənqurma
və abadlıq işləri görülüb,
əhalinin istirahəti üçün hər
cür şərait yaradılıb,
yaşıllıq zolağı genişləndirilib.
Azərbaycan.-
2017.-29 noyabr.- S.2.