Sənaye məhəllələrinin sayı artır
Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma
mərasimi olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye
məhəllələrinin yaradılması istiqamətində
görülən işlər
haqqında dövlətimizin
başçısına məlumat
verdi. Bildirildi ki,
Azərbaycanda ilk sənaye
məhəlləsi Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının
iştirakı ilə
açılışı olan həmin məhəllədə indi
9 müəssisə və
1 kiçik sahibkarlıq
emalatxanası fəaliyyət
göstərir. Neftçala
Sənaye Məhəlləsində
474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə
alınaraq ərazinin
genişləndirilməsi nəzərdə
tutulur.
Daha bir sənaye məhəlləsi
Azərbaycan Prezidentinin
2016-cı il 13 iyun tarixli Sərəncamına
əsasən Masallıda
yaradılacaq.
Dövlətimizin başçına
məlumat verildi ki, ümumilikdə 10 hektar, ilkin mərhələdə
isə 3,54 hektar ərazini əhatə edəcək Masallı Sənaye Məhəlləsində
üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi
sahələr tikiləcək.
İnşasına bu ilin iyulunda başlanılan məhəllədə 2018-ci ilin
aprel ayında müəssisələrin fəaliyyətə
başlaması nəzərdə
tutulub. Tikintiyə cəlb edilmiş
işçilərin sayı
200 nəfərdir. Burada sahibkarlar
tərəfindən 33 layihə
təklif olunub. Layihələrin əsas istiqamətləri mebel, tikinti materialları, plastik tara,
xalça, süfrə
suyu, qida və kənd təsərrüfatı məhsullarının
istehsalıdır. Müəssisələrin
işə düşməsi
nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.
Prezident İlham Əliyevə təqdim olunan daha bir layihənin
icrasına - Hacıqabul
Sənaye Məhəlləsinin
tikintisinə gələn
ilin yanvarında başlanılacaq. Dövlətimizin başçısının bu ilin iyulunda
imzaladığı müvafiq
Sərəncama əsasən
məhəllədəki müəssisələr
ağır maşınqayırma,
xüsusi vaqonqayırma,
avtomobil və kompozit materialları istehsalı sahələrində
ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
Azərbaycan Prezidentinin bir gün əvvəl imzaladığı Sərəncama
əsasən, Sabirabadda
da sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar
ərazidə salınacaq
bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə,
taxta, plastik məmulatlar və tikinti materiallarının
istehsalı, kənd təsərrüfatı məhsullarının
emalı müəssisələri
və logistika mərkəzinin fəaliyyət
göstərməsi planlaşdırılır.
Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini
qoydu.
Azərbaycan.- 2017.-29 noyabr.- S.6.