Bölgələrdə üçrəngli
bayrağımızın şərəfinə
meydanlar, muzeylər yaradılır
Noyabrın 28-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında
iştirak edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə millilik, gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyəsi xüsusi
yer tutur. Bu baxımdan bölgələrdə
də üçrəngli
bayrağımızın şərəfinə
meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir.
Məlumat verildi ki, Sabirabad
Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb
və sentyabrda başa çatdırılıb. Muzeyin binası
iki sərgi zalından və müxtəlif yardımçı
otaqlardan ibarətdir.
Sərgi
zallarında 6 bölmə
yaradılıb. Burada
Azərbaycanın xanlıqlar
dövrünün xəritəsi
və bayraqları, orta əsrlərə aid döyüşçülərin geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin
gerbləri, qədim
metal sikkələr, kağız
pullar, Azərbaycanın
Xalq Cümhuriyyəti,
SSRİ və müstəqillik
dövrünün konstitusiyaları,
gerbləri, bayraqları,
poçt markaları,
orden və medallar nümayiş olunur.
Diqqətə
çatdırıldı ki, Bayraq Muzeyinin yerləşdiyi
meydanın ərazisi son vaxtlar
genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr
olan dövlət bayrağı dirəyinin
postament hissəsinin ətrafı
abadlaşdırılıb və yaşıllıq
salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar
üçün attraksionlar
qoyulub. Meydandakı iki
fəvvarə yenidən qurulub.
Azərbaycan.- 2017.-29 noyabr.- S.7.