Kosta Rikanın Azərbaycanda səfirlik açması ikitərəfli
münasibətlərin genişlənməsinə imkan yaradacaq
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 29-da Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ölkələrimiz arasında ikitərəfli münasibətlərin qarşılıqlı etimad üzərində qurulduğunu qeyd etdi. Azərbaycanda Kosta Rikanın səfirliyinin açılmasına toxunan Manuel Qonzales Sanz bildirdi ki, bu, ölkəsinin strateji qərarıdır. O qeyd etdi ki, Kosta Rika Azərbaycanı regionda əsas tərəfdaşı kimi qəbul edir və Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd etdi və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüş zamanı iki ölkə arasında
qarşılıqlı sərmayə qoyuluşu,
ticarət əlaqələri və kənd təsərrüfatı
sahələrində əməkdaşlıq üçün
kifayət qədər imkanların olduğu
vurğulandı və bu istiqamətdə
əlaqələrimizin genişləndirilməsi ilə
bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2017.-30 noyabr.- S.1.