Naxışlarda Azərbaycan brendinin fəlsəfəsi

 

“Made in Azerbaijan”

 

Planetimizdə hər bir xalqı tanıdan, digərlərinin gözündə yüksəldən innovasiyalar yeni texnologiyalarla yanaşı, həm onun keçmişi, milli-mədəni irsi ilə sıx bağlı olan, vəhdət təşkil edən sənət nümunələridir. Məsələn, Yaponiya dünya bazarına yüksək nanotexnologiyalar yeni məhsullar çıxarmaqda öndə gedən ölkələrdən biri olsa da, milli geyimlərinə, qədim ənənələrinə sonsuz sədaqəti olan bir xalqdır. Müasir yaponlar avropalılar kimi geyinsələr , ənənəvi olaraq ipəkdən tikilən milli geyimlərinə ruhən bağlıdırlar bu vərdiş həyatlarının ayrılmaz bir hissəsidir. Keçmişə, kökə milli adətlərə romantik bağlılıq milli-mədəni irsə rəğbətdən irəli gəlsə , bu amil brendin formalaşmasında təşəkkül tapmasında vacib rollardan birini oynayır.

Bu baxımdan Azərbaycan xalçaları da hər birimiz üçün bənzərsiz sənət nümunəsi olmaqla yanaşı, həm xüsusi fəlsəfi məzmun kəsb edir. Xalçasız, xalısız yaşasan, sanki heç azərbaycanlı deyilsən. Toyunda, ziyafətində yerə xalılar döşənməsə sanki bu ölkəyə nabələdsən, qəribsən. Əgər şahın əzəməti başına qoyduğu tacdadırsa, evin , yurdun da gözəlliyi yerə döşənən xalılardadır. Həqiqətən hər bir azərbaycanlı üçün xalça evin ən gözəl bəzəyi, yaraşığıdır. Nağıllarımızda uçan, bizi ecazkar dünyalara səyahətlərə aparan sehrli xalçalar da bu qədim sənət nümunəsinin hər birimizin qəlbindəki müqəddəs yerinin fantastik yozumudur. Ən yaxşı ağır gündə xalçalar məclislərimizin ayrılmaz bir hissəsi olur. Evə gələn gəlinin ayaqları altına xalça atırlar. Dünyasını dəyişəni xalça ilə götürürük. İngilis, alman, fransız bütün bunları bilməsə, xalçanı da almayacaq. Amma bilsə, mütləq evinin bir küncündə Şərq guşəsi yaradacaq, yerə kiçik olsa, bir xalça atacaq, kürsü, miz qoyub bir qədim şamdan da yandıracaq xəyallarında, bildiyi nağılların qanadlarında Şərqə uçacaq. Bizim vəzifəmiz odur ki, nəyimiz varsa, yaratmışıqsa, bizim üçün müqəddəs nağıl, bənzərsiz əfsanə kimi qiymətli varsa, onun fəlsəfi məzmununu da elə olduğu kimi dünyaya təqdim edək. Biz “Made in Azerbaijan” brendi ilə xarici bazara xalça çıxaranda qədim naxışlardan, gözəl sənət nümunəsindən savayı, həm ruhumuzun bir parçasını dünyaya təqdim edirik. Azərbaycan brendini göylərə qaldıra biləcək qüvvə məhz elə bu təqdimatdan asılıdır. Xalçalarımızı, onların naxışlarını əcnəbilərə sevdirmək üçün əvvəlcə gərək özümüz onun mənəvi gücünü anlayaq, sevək bu sevginin sirlərindən poetik tərzdə dünyaya danışaq. Ədalət naminə onu da qeyd edək ki, bu istiqamətdə atılan addımlar da az deyil.

Azərbaycan xalçalarının unikal nümunələri dünyanın müxtəlif ölkələrinin muzeylərində əsrlər boyu ən layiqli yerini tutub. Hələ sovetlər dönəmində ilk dəfə xalça muzeyi Bakıda yaradılmışdı. Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda, dəniz kənarında bükülmüş xalça formasında tikilən unikal bina isə Azərbaycan mədəniyyəti tarixində nadir memarlıq nümunələrindən biri sayılır. Biz tədricən həm xalqımızın xalçaya sevgisini ucalda bilirik, həm onu bənzərsiz sənət nümunəsi kimi uğurla təqdim edirik. Xalçaçılıq Azərbaycanın milli mənsubiyyəti kimi UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edilmişdir. Beləliklə, Azərbaycanın xalça brendi dünya bazarında layiqli yerini tutmağa ciddi cəhdlər edir bu addımlar nəticəsiz qalmır.

Artıq dünyanın ən nüfuzlu ölkələrində, Rusiyada, ABŞ-da Avropada Azərbaycan xalçalarının sərgiləri açılır, bu mövzuya elmi-praktik konfranslar həsr edilir. Biz xalçaları daha dərindən öyrəndikcə, onun təbliğini genişləndirdikcə, yeni bazarlardan başqa, milli mədəniyyətimizin qədimliyini, ənənələrin bizim üçün qədər müqəddəs olduğunu dünyaya daha dolğun təqdim etmək üçün əlavə imkanlar qazanırıq.

Əslində, Qərb həmişə Şərq mənəviyyatını, milli-mədəni dəyərlərini kəşf etməyə cəhdlər göstərib. Hələ XVI əsrdə Azərbaycana gələn ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. Yüz il sonra holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari qiymətli daş-qaşlarla bəzədildiyindən yazır.

Tarixin bütün dönəmlərində xalçalar bizim gündəlik həyatımızın ayrılmaz bir hissəsi olub. İndi ölkəmizdə xalçaya xüsusi münasibət sərgilənir. AzərxalçaAçıq Səhmdar Cəmiyyəti yaradılmış, onun bölgələrdə filialları açılmışdır. Dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim orijinal xalçalar əsasındaAzərxalça”nın rəssamları tərəfindən hazırlanan naxışlar yeni xalçalarımıza əsrarəngiz qədimliyini qaytarır. Ölkədə xalçaçılığın inkişafına fərqli münasibət sərgilənir, bu ildən 5 may “Xalçaçı Günüpeşə bayramı kimi qeyd olunur.

Zaman indi bizim xeyrimizə işləyir. Ölkə iqtisadi mövqelərini möhkəmləndirmək üçün ciddi addımlar atır, ənənəvi sahələrin inkişafı üçün tədbirlər görür. Bölgələrdə xalça istehsalı müəssisələrinin sayı bu ilin sonunadək 10-a çatdırılacaq, gələcəkdə isə onların ümumi sayının 30-a çatdırılması 5000 nəfərin işlə təmin olunması gözlənilir. Azərxalçapeşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında Azərbaycan brendinin tanıdılması istiqamətində xeyli işlər görmüş, xalça çeşnilərinin elektron bazasının ərsəyə gətirilməsi zənginləşdirilməsi istiqamətində ciddi addımlar atmışdır. 2018-ci ilin sonuna qədər əyirici boyaq fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur, ölkədə yerləşən qoyunçuluq təsərrüfatlarının yun məhsuldarlığı öyrənilir, gələn ilin may ayından etibarən Azərbaycanın 52 rayonundan hər il 1500 ton yun tədarük olunması nəzərdə tutulur.

Günün reallığı ondan ibarətdir ki, Azərbaycan xalçalarının əsrlər boyu qazandığı şöhrəti sürətlə geri qaytarmaq, onun dünya bazarındakı əvvəlki mövqeyini bərpa etmək mümkündür. Ölkədə bu günün özündə xalçaçılıqla məşğul olan sənətkarların sayı yüzlərlədir. Xalçaçılığın inkişafının sənaye relslərinə keçirilməsi, onun brend kimi dünyada məşhurlaşmasına verilən dövlət dəstəyi bu sahənin uzaq perspektivlərini artıq reallaşdırmaqdadır. Mütəxəssislər qeyd edirlər ki, bu sahəyə maraq göstərən sahibkarların dövlət dəstəyinə, kreditlərə müəyyən güzəştlərə ehtiyacları var. Son illər bir çox sahələr kimi xalçaçılığın da inkişafına dövlət səviyyəsində diqqət xeyli artıb. Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Prezident

İlham Əliyev bu mövzuya ətraflı toxunaraq demişdir: “Bu yaxınlarda “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılıbdır. Xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalçaçılığı inkişaf etdiribdir və Bakının mərkəzində - bulvarda açılmış Xalça Muzeyi həm özlüyündə bir memarlıq əsəridir və eyni zamanda bizim qədim sənətimizi bütün dünyada nümayiş etdirir. Əfsuslar olsun ki, xalçaçılıq sənaye kimi Azərbaycanda az inkişaf edib. Ancaq fərdi qaydada bu sahə ilə məşğul olanlar xalça toxuyurlarbunu həm ölkə daxilində, həm də xaricə sata bilirlər”. Dövlət başçısı qeyd etmişdir ki, bu sahədə ölkəmizin böyük ənənələri mövcuddur. Azərbaycan xalçaları müxtəlif məktəblərə bölünür, rəng və naxışlarına görə bənzərsizdir. Hər xalça demək olar ki, bir sənət əsəridir. Məhz bu amilləri nəzərə alan dövlətimiz belə qərar qəbul edib ki, xalçaçılıq ölkəmizdə kortəbii yox, məqsədyönlü şəkildə inkişaf etsin. Azərbaycan brendi dünya düzəninə çıxarkən müxtəlifliyi, məhsulların geniş spektri ilə alıcıları valeh etmək gücünə qadirdir. Çünki hər məhsulun arxasında keçmişimizin, mədəniyyətimizin bir parçası, ecazkar bir nağıl dayanır. Bu gün ölkədə xalçaçılığın inkişafına verilən dəstək ən qədim sənət növlərindən birinə yeni həyat verir, dünya düzənində Azərbaycanı zəngin mədəniyyətə malik xalq kimi təqdim etməyə daha böyük imkanlar yaradır. Xalçaçılıqla bağlı bütün məsələlərin dövlət səviyyəsində həlli yeni yaradılan xalçaçılıq sənayesinin intibahına qanad verib. Digər tərəfdən isə Azərbaycan xalçalarının qədim şöhrəti tədricən özünə qayıdır, milli-mədəni dəyərlərimiz daha geniş təbliğ edilir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2017.- 1 oktyabr.- S. 7.