Aida İmanquliyeva
yaradıçılğına həsr olunmuş
elmi seminar
Sentaybrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Şərqşünas alim Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusundaseminar keçirilib.
Tarix Muzeyində təşkil olunan seminarda Bakı Dövlət UniversitetiŞərqşünaslıq fakültəsinin və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər.
Seminarda muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, elmi işçi Əli Fərhadov, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, BDU Şərqşünaslıq fakültəsinin dekan müavini Hüseyn Sadıqov, müstəqil tədqiqatçı-tərcüməçi Ramazan Əsgərli maraqlı məruzələrlə çıxış ediblər.
Bilik Fondunun Lektorlar qrupunun üzvü, gənc alim
Əli Fərhadov
"Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış" mövzusunda faktlara əsaslanan mühazirəsi xüsusi diqqətlə qarşılanıb. Tədqiqatçı Azərbaycanla ərəb dünyasının ədəbi,
fəlsəfi-mədəni əlaqələrinin hərtərəfli
tədqiqində tanınmış
şərqşünas alim
Aidaİmanquliyevanın rolu
və yaradıcılığı
haqqında iştirakçılaraətraflı
məlumat verib.
Sonda iştirakçıların sualları
məruzəçi tərəfindən
cavablandırılıb.
Azərbaycan.- 2017.-1 oktyabr.- S.8.