Qubada keçirilən “Alma bayramı” və Xalça festivalında böyük coşqu yaşanıb
Qubada keçirilən
ənənəvi “Alma bayramı”nda
və bu il ilk dəfə
təşkil olunan Xalça festivalında böyük coşqu yaşanıb.
AZƏRTAC xəbər
verir ki, oktyabrın 7-si səhər
saatlarından başlayan
bayram tədbiri şəhərin Heydər
Əliyev adına
mədəniyyət və
istirahət parkında
təşkil olunub.
Bayram tədbirinə
Milli Məclisin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri,
qonşu rayonların icra strukturlarının rəhbərləri, 40-a yaxın
xarici ölkə nümayəndələri, respublikamızdan
kənarda yaşayan qubalı iş adamları, görkəmli
elm və mədəniyyət
xadimləri qatılıb.
2012-ci ildən etibarən ənənəvi
olaraq təşkil edilən “Alma bayramı”nın iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək,
xatirəsini ehtiramla anıblar.
Bayram mərasimində
adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan
şirniyyatlar və içkilər nümayiş
etdirilib. Tədbir çərçivəsində
qonaqlara şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və
həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Mərasimdə çıxış edənlər
festivalın keçirilməsini
milli adət-ənənələrimizin,
xalqımızın qonaqpərvərliyinin,
ölkəmizin turizm imkanlarının tanıdılmasında,
almanın və ondan hazırlanan məhsulların təbliğində
böyük əhəmiyyətə
malik olduğunu qeyd ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı
Yaşar Məmmədov
artıq beşinci ildir ardıcıl təşkil olunan “Alma bayramı”nın əhəmiyyətindən danışıb.
Bildirilib
ki, Quba rayonu hələ keçmiş sovet dövründən meyvə
bağları ilə tanınıb. Bu gün də dövlət başçımız
İlham Əliyevin diqqət və qayğısı nəticəsində
respublikamızda kənd
təsərrüfatının bütün istiqamətlərində,
o cümlədən meyvəçilikdə
dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan
şərait Qubada yeni salınan meyvə bağlarının
sahəsinin gündən-günə
genişlənməsinə səbəb olub. Hazırda Quba-Xaçmaz zonası üzrə ümumilikdə 22 min hektardan
çox alma bağı mövcuddur. Bunun 14 min hektara yaxını Quba rayonunun payına düşür.
Qarşıda duran əsas
məsələlərdən biri becərilən məhsulun satışının
təşkilidir. Dövlət tərəfindən sahibkarlara
bu işdə hərtərəfli yardım
göstərilir. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
"Azərbaycan Respublikasında
istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında"
2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında
azexport.az saytı yaradılıb.
Bu, Azərbaycan mənşəli mallar haqqında məlumatların
təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün
əlverişli platformadır.
Təsərrüfatçılar üçün öz məhsullarını
yerli bazarlarda satmaqla yanaşı, xarici bazarlara da çıxarmaq üçün yol açılır.
Çıxış edənlər Qubada ilk dəfə Xalça festivalının keçirilməsini
də əlamətdar
hadisə kimi qiymətləndiriblər. Diqqətə çatdırılıb ki,
Azərbaycanda xalçaçılığın
inkişafına xüsusi
qayğı ilə yanaşılır. Prezident
İlham Əliyev
2004-cü il dekabrın 7-də “Azərbaycan
xalça sənətinin
qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu
təsdiq edib. Ölkə başçısının
2016-cı ilin 5 may tarixli
Sərəncamı ilə
“Azərxalça” Açıq
Səhmdar Cəmiyyəti
yaradılıb. ASC-nin yaradılmasının
əsas məqsədlərindən
biri məhz xalça və xalça məmulatlarının
istehsalı, onların
ölkə daxilində
və xaricdə satışının təşkili,
istehsalatda yeni texnologiyaların tətbiqi,
maddi-texniki bazanın müasirləşdirilməsi və
ondan səmərəli
istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. “Azərxalça” ASC-nin ilkin mərhələdə
yaradılan 10 filialından
ikisi Quba və Xaçmaz rayonlarında yerləşir.
Bildirilib ki, Azərbaycanın ənənəvi xalçaçılıq
sənəti 2010-cu ildə
YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin
irsi, sərvəti sayılır.
Çıxışlarda bu kimi bayram
və festivalların ölkəmizin turizm imkanlarını aşkara
çıxarmaq baxımından
böyük əhəmiyyətə
malik olduğu da xüsusi vurğulanıb.
“Alma bayramı”nda
qubalı bağbanlar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.
Eyni vaxtda ilk dəfə olaraq Xalça festivalı da keçirilib. Festival iştirakçılarına
Azərbaycan xalçaları,
onların toxunma prosesi nümayiş etdirilib. Tədbir çərçivəsində
xalçaların satışı
da təşkil olunub.
Tədbir tanınmış incəsənət
ustalarının bayram
konserti ilə başa çatıb.
Azərbaycan.-
2017.-8 oktyabr.- S.6.