Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 325, ¹ 9, maddə 737; 2007, ¹ 2, maddə 85, ¹ 4, maddə 330; 2008, ¹ 8, maddə 715, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddələr 85, 91; 2012, ¹ 7, maddə 684; 2014, ¹ 9, maddə 1056; 2015, ¹ 9, maddələr 985, 996, ¹ 10, maddə 1120; 2016, ¹ 5, maddə 850, ¹ 10, maddə 1646, ¹ 11, maddə 1809; 2017, ¹ 3, maddə 356, ¹ 6, maddə 1084) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.27-1-ci bənd əlavə edilsin:
“8.27-1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivallarının təşkili qaydasını müəyyən etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.-8 oktyabr.- S.2.