İkinci Bakı Şopinq Festivalı bir çox yeniliklərlə
fərqlənəcək
İkinci Bakı Şopinq Festivalı bir çox yeniliklərlə əvvəlki festivaldan fəqrlənəcək. Budəfəki festivalda 400-dən artıq ticarət obyektinin iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək İkinci Şopinq Festivalına həsr edilən mətbuat konfransında deyib.
“Mağazaların və
xidmət mərkəzlərinin əksəriyyətinin əlavə
dəyər vergisinin qaytarılması
sisteminə qoşulması ilə turistlər və yerli alıcılar üçün
böyük fürsətlər təqdim olunacaq. Budəfəki festival
bir çox yeniliklərlə
alıcıların görüşünə gələcək.
Belə ki, ilk dəfə
olaraq supermarketlər də festivala qoşulmağa qərar
veriblər. Bunlar “Bravo” hipermarketi
və “Neptun” supermarketidir. Bundan əlavə, bir sıra apteklər də festivala qoşulacaq”, - deyə nazir bildirib.
Qeyd edilib ki, festival xüsusi turist paketləri hazırlayaraq turizm agentliklərinə təklif edəcək. Bu paketlərə aviabilet,
transfer, sığorta, oteldə
qalma, festival mağazalarına
şopinq turların təşkili daxildir.
Alıcılar festival boyunca xüsusi
hədiyyə kartları
qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və
alıcıları həvəsləndirmək
üçün ticarət
mərkəzlərində interaktiv
oyunlar təşkil olunacaq. Festival boyunca Fəvvarələr
meydanında “Fan” zonası
fəaliyyət göstərəcək.
Diqqətə çatdırılıb ki,
əgər Birinci Şopinq Festivalında tərəfdaş qismində
çıxış edən
müəssisələrin sayı
33 idisə, budəfəki
festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir.
Nazir bildirib ki, Birinci
Şopinq Festivalında
əlavə dəyər
vergisini cəmi 72 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin əlavə
dəyər vergisini qaytarması nəzərdə
tutulur. Payız aylarında keçiriləcək
festivala ümumilikdə
578 müəssisə qatılacaq.
Qaydalar necə var elə
də qalacaq. Turistlərin
sayının artımı
ilə əlaqədar
nağdsız ödəmələr
93 faiz artaraq 703 milyon manat olub.
Nağdsız ödənişlərin stimullaşdırılması olduqca
önəmlidir.
Qeyd edilib ki, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq.
“Gələcəkdə keçiriləcək növbəti
festivallarda ölkəmizə
gələcək turistlər
üçün xüsusi
imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”,
- deyə Ə.Qarayev diqqətə çatdırıb.
İkinci Şopinq Festivalının
keçirilməsi üçün
Vergilər Nazirliyi bütün qüvvəsini
səfərbər edəcək. Budəfəki festival keçəndəfəki festivaldan
fərqli olacaq.
Bu fikirləri
isə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, bu
festivalın təşkili
üçün Vergilər
Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı
iki növbədə işləyəcək. Bir sözlə,
Vergilər Nazirliyi operativ olaraq festivala tam hazırdır.
Diqqətə çatdırılıb ki,
budəfəki festivala
artıq iki bank - AzərTürk Bank və Azərbaycan Beynəlxalq
Bank xidmətlərini təklif
edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının
müavini Fidumə Hüseynova və Azərbaycan Konqreslər Birliyinin icraçı direktoru Ülviyyə Mirqasımova festivalın ölkəmiz üçün
önəmindən danışıblar.
Bildirilib ki, festival günlərində
ölkəmizə turist
axını daha da çoxalacaq. Festival çərçivəsində Azərbaycanın yüngül
sənaye məhsullarının
da realizə ediləcəyi qeyd olunaraq xarici ölkə vətəndaşlarının
bu şəraitdən
yüksək səviyyədə
yararlana biləcəyi
vurğulanıb. Həmçinin festivalın ticarət və nəqliyyat sahəsinə də böyük təsir göstərəcəyi diqqətə
çatdırılıb.
Mətbuat konfransında məlumat verilib ki, sahibkarlar
festivalın rəsmi
internet saytında qeydiyyatdan
keçərək iştirakçı
statusu almaqla öz məhsullarını
festival zamanı paytaxtımıza
gələcək minlərlə
turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.
Azərbaycan.- 2017.-13 oktyabr.- S.6.