Azərbaycanda mədəni irsə göstərilən qayğı dünyaya nümunədir

 

Mədəni irsə və mədəniyyətə qayğı müasir dünyada ölkələrarası münasibətlərdə qarşılıqlı anlaşmaya, əməkdaşlığa ən yaxşı zəmin yaradan vasitədir. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mədəni irsə qayğı və diqqət müstəqillik illərində daha da zənginləşmişdir.

Ümummilli liderin elmin, Azərbaycan dilinin, incəsənətin, təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar bu sahənin inkişafında istər sovet dönəmində, istərsə müstəqillik illərində öz bəhrəsini vermişdir.Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” - deyən ulu öndər mədəni sərvətlərin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət vermiş, respublikada kitabxana işinin inkişafına da öz töhfələrini bəxş etmişdir. Ötən əsrin 70-ci illərinin əvvəllərində yeni kitabxana binalarının tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana şəbəkəsinin genişləndirilməsi, kadrların hazırlanması istiqamətində bir sıra işlərin görülməsi buna bariz nümunədir. 1990-cı illərin əvvəllərində 80 milyon nüsxə kitab fonduna malik 7900 kitabxana olduğu halda, hazırda ölkəmizdə kitabxana-informasiya şəbəkələrində 12 mindən artıq müxtəlif struktura malik kitabxana fəaliyyət göstərir.

Ulu öndər Heydər Əliyevin milli ənənələrə, ümumbəşəri dəyərlərə, dünya standartlarına malik elm, təhsil, səhiyyə sisteminin formalaşdırılması, milli-mənəvi dəyərlərə sədaqət istiqamətində həyata keçirdiyi siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Milli Ensiklopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin ana dilində nəşr edilməsi, Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması, kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında qərar və sərəncamlar xalqımızın milli irsinin toplayıcısı və qoruyucusu olan kitabxanaların fəaliyyətində mühüm rol oynayır.

Müstəqillik illərində mədəni irsin ən çox qayğıya ehtiyacı olan və ölkə rəhbəri tərəfindən xüsusi diqqət göstərilən sahələrdən biritarixi abidələr, inanc yerlərimiz, məscidlər və sairədir. Odur ki, son 14 ildə dövlət rəhbərliyi bu sahələrin inkişafı üçün lazımi şərait yaradıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə tarixi qoruqlar yaradılmış, abidələrin tədqiqi və saxlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasına maliyyə vəsaiti ayrılmışdır. Bunlar tarixi abidələrin mühafizəsi və elmi araşdırmalar üçün böyük imkanlar yaratmışdır. Bu baxımdan Azərbaycan Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir. Respublika ərazisində təxminən 6300-dən artıq tarix və mədəniyyət abidəsi var. Proqrama əsasən bu abidələrin mühafizəsi, bərpası, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsi, habelə “Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən daşınmaz mədəni irsi haqqında kitabların çap etdirilməsi” aidiyyəti qurumlara ciddi vəzifə olaraq tapşırılmışdır. Bu məsul işin yerinə yetirilməsi üçün işğal zonasındakı tarix və mədəniyyət abidələrinin dəqiq siyahısı tərtib edilir, onlar haqqında maksimum elmi informasiya bazası yaradılır, həmin abidələrin elektron xəritələri tərtib edilir, Azərbaycan və müxtəlif beynəlxalq dillərdə bu abidələr haqqında geniş elmi informasiyaların əks olunduğu kitablarkataloqlar nəşr olunur. Bu nəşrlər müvafiq beynəlxalq təşkilatlara göndərilir. İşğal edilmiş bölgələrdəki tarixi-arxeoloji abidələrimiz, xalqımızın etnoqrafiyasını əks etdirən dağıdılmış maddi-mənəvi irsimizə həsr olunmuş beynəlxalq konfrans keçirilirbu məsələlər dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Dövlət proqramının “Tarix və Mədəniyyət Qoruqlarında və turizm məqsədləri üçün istifadə olunan daşınmaz tarix və mədəniyyət abidələrində turizm infrastrukturunun yaradılması və inkişafı”nın tələbləri baxımından Mədəniyyət və Turizm Nazirliyi AMEA ilə sıx əməkdaşlıq edir. Qoruqların ərazisində mütəmadi elmi-tədqiqat işləri aparılır, arxeoloji qazıntılarla qədim maddi mədəniyyət qalıqları aşkara çıxarılır və onların arxeoturizm məqsədləri üçün istifadəsi istiqamətində bərpa və konservasiya işləri həyata keçirilir. Həmin ərazilərdə əyani vəsait kimi qədim tarixi hadisələri əks etdirən müəyyən abidələr yaradılır. Maddi mədəni irsimiz azərbaycançılıq ideyasının əsas təməl daşlarından biri olduğuna görə respublikamızın ortaali təhsil müəssisələrində bu məsələlərə geniş yer verilir. Tələbələrin və şagirdlərin tarixi abidələrlə zəngin olan yerlərə turist turları mütəmadi xarakter almışdır. Belə tədbirlər həm də gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rola malikdir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəni irsinin dünya ictimaiyyətinə, xüsusilə ictimai-siyasi xadimlərə, politoloqlara, icmalçılara, tədqiqatçılara və digər aidiyyəti qurumlara düzgün çatdırılması çox önəmli işlərdən biri kimi qarşıya qoyulmuşdur. Onlardan biri də tarixən Azərbaycana isti münasibət göstərən Rumıniya Respublikasıdır. Xatırladaq ki, 1991-ci ildə Türkiyədən sonra ölkəmizin müstəqilliyini tanıyan ikinci dövlət Rumıniya olmuşdur. Azərbaycan da Şərqi Avropada ilk səfirliyini Buxarestdə açmaqla Rumıniya ilə əlaqələrə xüsusi önəm vermişdir. Bundan sonrakı mərhələdə Azərbaycanla Rumıniya arasında mədəni əməkdaşlığa nəzər salsaq görərik ki, hər iki ölkə arasında iqtisadi-siyasi və mədəni əlaqələr yüksək səviyyədədir. 1995-ci ilin iyulunda Buxarestdə imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”, 2006-cı ilin oktyabrında isə Bakıda imzalanan “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rumıniya Mədəniyyət və Dini İşlər Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında” Saziş bu münasibətlərin hüquqi bazasını təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Buxarest şəhərində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Rumıniya üçün mühüm tərəfdaşdır. Vətənimizin zəngin mədəni irsimüasir mədəniyyəti, incəsənəti bu ölkədə, eyni zamanda Avropada geniş təbliğ olunur. Teatr, kinematoqrafiya, müasir incəsənət, habelə ədəbi əsərlərin tərcüməsi və digər sahələrdə uğurlu nailiyyətlərə imza atılıb. Rumıniya və Azərbaycan müəlliflərinin əsərlərinin tərcüməsinə, milli irs və abidələrin qorunmasında qarşılıqlı əməkdaşlığa nail olunub. Rumın müəlliflərinin əsərləri Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərləri isə rumın dilinə tərcümə edilib. Buxarestdə “PolemosKitab Sərgisi təşkil edilib. Sərgi çərçivəsində Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın “Azərbaycan - canlı alov”, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin “Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə əlaqələri” və Azərbaycanın Rumıniyadakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Kərimlinin “Azərbaycan Respublikası və Rumıniya arasındakı münasibətlər (1993-2004)” kitablarının təqdimat mərasimi olub.

Bu illər ərzində Füzulinin qəzəlləri, “Leyli və Məcnun” poeması, “Kitabi-Dədə Qorqud” rumın dilində çapdan çıxıb. Görkəmli şair və yazıçılarımız B.Vahabzadə, Anar, Elçin, Ç.Abdullayev və digərlərinin əsərləri rumın dilinə tərcümə edilərək oxuculara çatdırılıb.

Azərbaycan zəngin keçmişi, mədəni irsi olan ölkədir. Bu zənginliyi daha dəyərli edən ilk növbədə onun müstəqilliyidir. Təsadüfi deyil ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra mədəni irsə qayğı və onun qorunmasına qoyulan sərmayə ildən-ilə artırılıb. Azərbaycan xalqının mədəniyyəti, milli irsi gələcək üçün qorunur. Buna görə də ölkəmiz bütün dünyaya nümunədir.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.-18 oktyabr.- S.7.