Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

 

Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının milli bayramıAlman Birliyi Günü münasibətilə Sizə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı anlaşmaya konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi humanitar sahələrdə geniş səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.

Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, eləcə çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 sentyabr 2017-ci il.

 

Azərbaycan.- 2017.- 3 oktyabr.- S.1.