Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri cənab
Donald Trampa
Hörmətli cənab
Prezident,
Las-Veqas şəhərində keçirilən
musiqi festivalı zamanı insanların qəddarcasına atəşə
tutulması nəticəsində
çoxsaylı tələfat
və yaralananlar barədə xəbər məni son dərəcə
sarsıtdı.
Bu dəhşətli
hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananlara şəfa
diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr
2017-ci il.
Azərbaycan.-
2017.- 3 oktyabr.- S.1.