Şamaxı şəhərində ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi
ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu
sosial infrastruktur
obyektləri tikilib, istehsal
müəssisələri yaradılıb. Ulu
Öndərin abidəsinin yerləşdiyi parkda
yenidənqurma və abadlıq işləri görülüb,
burada əhalinin istirahəti üçün hər cür
şərait yaradılıb, yaşıllıq zolağı
genişləndirilib.
Azərbaycan.-
2017.- 3 oktyabr.- S.3.