Dövlət proqramının
icrası nəticəsində həm sahibkarlıq inkişaf
edir, həm də üzümçülüyün
şöhrəti bərpa olur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də
Şamaxı rayonuna səfəri çərçivəsində
“Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış
olub.
Azərbaycanda
aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində
iqtisadiyyatın formalaşdırılması ölkədə
işgüzar fəallığın yüksəldilməsinə,
qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun
azaldılmasına əlverişli şərait yaradıb, əhalinin
etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli
dərəcədə
yaxşılaşdırılmasını təmin edib.
Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan
aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata
keçirilən dövlət dəstəyi tədbirləri
uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı
məhsullarının istehsalının və ixracının
artmasına, özünütəminetmə səviyyəsinin
yüksəlməsinə səbəb olur.
Üzümçülüklə bağlı həyata
keçirilən tədbirlər də bunun əyani təsdiqidir.
Şamaxı
rayonunda da əhalinin əksər hissəsi bitkiçilik və
heyvandarlıqla məşğul olur. Bitkiçilikdə
taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə
məhsulları istehsalı üstünlük təşkil
edir. Rayon üzümlükləri isə vaxtilə
böyük şöhrət qazanıb. Belə ki, ötən
əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın
ən böyük üzümçülük rayonlarından
birinə çevrilib. Sonradan Sovet İttifaqının
dağılması, 1990-cı illərin əvvəllərində
ölkədə yaşanan gərginlik, baxımsızlıq
iqtisadiyyatın digər sahələri kimi,
üzümçülüyü də demək olar ki,
sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin
bərpası və yenidən inkişaf etdirilməsi
xüsusi diqqət mərkəzindədir. Bu baxımdan
Prezident İlham Əliyevin tapşırığı ilə
hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı” bu sahənin yenidən dirçəldilməsində
mühüm rol oynayır. Bu dövlət proqramı
üzümçülüklə məşğul olan
sahibkarların fəaliyyətini də gücləndirib, yeni
üzümçülük təsərrüfatlarının
yaradılmasına müsbət təsir göstərib. Təsadüfi
deyil ki, Şamaxıda da son illər təsərrüfatın
bu gəlirli sahəsi sürətlə inkişaf edir.
Artıq üzüm bağlarının sahəsi 1650 hektara
çatdırılıb ki, bunun da 1550 hektarı məhsul
verir. Mütəxəssislər cari mövsümdə rayonda
14 min tondan çox üzüm istehsal olunacağını
proqnozlaşdırırlar.
AZƏRTAC
xəbər verir ki, “Az-Granata” MMC də Şamaxı rayonunda
üzümçülüyün inkişafı istiqamətində
xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur.
2016-cı ildə “Az-Granata”nın üzüm
bağlarından 3 min ton məhsul tədarük edilib.
Dövlətimizin
başçısına görülən işlərlə
bağlı ətraflı məlumat verildi.
Bildirildi
ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25
hektar sahədə salınmağa başlanıb. Hazırda
üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki
üzüm növləri, 66 hektarı isə süfrə
üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən
yüksəklikdə yerləşməsi, illik
yağıntıların miqdarı, temperatur göstəriciləri
və bu yerlərdən götürülən torpaq nümunələrinin
laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək
keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin
mümkünlüyünə əsas verir. Bu göstəricilərə
əsasən, ərazidə əkilən üzüm növləri
və onların kök sistemləri seçilib. Seçilən
növlər üzrə ölkəmizə yüksək
keyfiyyətli üzüm tingləri gətirilib və onlar
mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin
həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında
əkin və becərmə işləri aparmaq
üçün xüsusi texnika da alınıb. Bütün
bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul
istehsalına təminat verir.
Qeyd
edildi ki, üzüm tingləri Fransa, Türkiyə və
Gürcüstandan gətirilən ən yaxşı növlərdən
ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”,
“Cabarne Frans”, süfrə növlərindən “Prima”,
“Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri
misal göstərmək olar. 2016-2017-ci məhsul ilində
“Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər
gətirilərək cavan bağlar salınıb.
Kişmiş və əla şərab üzümü olan “Mədrəsə”
kimi yerli növlər də bağda yetişdirilərək məhsul
istehsalı ildən-ilə artırılır. Cari ildə
texniki üzümün hektar üzrə məhsuldarlığı
7-8 ton, süfrə üzümünün məhsuldarlığı
isə 15 ton olub. Növbəti ilə hədəf texniki
üzümdə 10-11 ton, süfrə üzümündə
isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü
bağında ən müasir suvarma sistemi qurulub. Texniki
üzüm isə dəmyə şəraitində
yetişdirilir. Hazırda “Az-Granata” MMC-nin üzüm
bağlarında 250 nəfər işlə təmin edilib ki,
onlardan 200 nəfəri qadındır.
Bildirildi
ki, təsərrüfatda istehsal edilən üzüm
sortları Bakı şəhərində fəaliyyət
göstərən “Meyvəli” ticarət mərkəzində və
8-ci Kilometr bazarında topdansatış qaydada satılır.
Texniki sortlar isə “Az-Granata” MMC-nin nəzdində fəaliyyət
göstərən şərab emalı zavoduna təhvil
verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən
üzümçülüyün inkişafı ilə
bağlı dövlət proqramının icrası nəticəsində
bölgələrdə həm sahibkarlıq inkişaf edəcək,
həm də Azərbaycanın üzümçülük
şöhrəti bərpa olunacaq.
Azərbaycan.-
2017.- 3 oktyabr.- S.5.