Dağlıq ərazidə
yerləşən yolun tikintisi yük və sərnişin
daşınmasını xeyli
yaxşılaşdıracaq
Oktyabrın 2-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən
qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun
açılışında iştirak ediblər.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri də Şamaxı rayonunda həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, yolun uzunluğu
8 kilometrdir. Pirqulu-Dəmirçi avtomobil yolu
uzun müddət təmir olunmadığı,
həmçinin burada
yola asfalt qatı vurulmadığı
üçün hərəkət
hissəsi sıradan çıxmış vəziyyətdə
idi. Bu isə
avtonəqliyyat vasitələrinin
xüsusən payız-qış
mövsümündə hərəkətində
problemlər yaradırdı.
Görülən işlər nəticəsində
Pirqulu-Dəmirçi avtomobil
yolu 2 hərəkət
zolaqlı olmaqla
4-cü texniki dərəcəyə
uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin
eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla
yol yatağının
eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü
boru tikilib ki, onların da ümumi uzunluğu
210 metrdir. Avtomobil
yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin
təşkili üçün
zəruri olan yerlərdə 92 yol nişanı quraşdırılıb,
24 min metr uzunluğunda
yol-cizgi və yolgöstərici xətlər
çəkilib, həmçinin
3 yerdə avtobus dayanacağı tikilib.
Pirqulu-Dəmirçi avtomobil yolunun tikintisi dövlətimizin başçısının tapşırıqlarına
əsasən “Azəravtoyol”
ASC tərəfindən yüksək
keyfiyyətlə yerinə
yetirilib. Şamaxı rayonunda dağlıq ərazidə yerləşən
bu avtomobil yolunun tikintisi 1,6 min nəfər əhalinin yaşadığı
5 kəndi birləşdirərək
yük və sərnişin daşınmasını
xeyli yaxşılaşdıracaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2017.-3 oktyabr.- S.5.