Dövlət başçısı qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdir. Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, otellərin və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətədavamlı sahəsinə çevrilməsindən ibarətdir.

Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbununla bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illərdə ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir. Şamaxı rayonunun Dəmirçi kəndində turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin aparılması da bu qəbildən olan işlərdən biridir.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridironun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaqonu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.

Görülən işlər bir neçə istiqamətdə həyata keçirilibkompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilibPrezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa və yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi.

Dövlətimizin başçısı məscidin axundu Nəbi İsgəndərov ilə söhbət etdi.

Axund Nəbi İsgəndərov: Möhtərəm cənab Prezident, bizim Dəmirçi kəndinə xoş gəlmisiniz! Bizim bu məscidin keçmiş forması belə olub. Yəni, uzun illər ibadətə yararsız olub, ibadət edə bilməmişik. Sizin sayənizdə bu məscidi bugünkü vəziyyətə gətirib bizim istifadəmizə veriblər. Biz Sizdən çox razıyıq, Allah Sizi, ailənizi qorusun. Çox sağ olun ki, bizə bu məsciddə belə gözəl şərait yaratdınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim tarixi abidəmiz, tarixi irsimizdir, qədim məsciddir. Mənə məlumat verilib ki, bu məscid 755-ci ildə tikilib, ölkəmizin müsəlman aləminin ən qədim məscidlərindən biridir. Bilirsiniz ki, Azərbaycanda bütün tarixi abidələr, məscidlər bərpa edilir, əsaslı təmir olunur, yeni məscidlər tikilir. Onların arasında əlbəttə ki, Şamaxı Cümə Məscidi xüsusi yer tutur. Çünki bu, ölkəmizin ən qədim məscididir bir neçə il bundan əvvəl biz bu məscidin yenidən qurulmasını təmin etdik. Məscid yenidən bərpa olundu, əlavə binalar tikildi. Yəni, Şamaxı Cümə Məscidi tam şəkildə əsaslı təmir olunmuşdur demək olar ki, məscidin böyük bir hissəsi yenidən qurulmuşdur.

Şamaxı rayonunda tarixi-dini abidələr çoxdur, onlardan biri təbii ki, bu məsciddir. Ona görə əlbəttə, bizim borcumuz idi ki, bu qədim tarixi-dini abidəni bərpa edək, qapılarını dindarların üzünə açaq. Çox şadam ki, biz buna nail ola bilmişik. Bu, məscidin köhnə şəkilləridir, demək olar ki, burada ibadət etmək qeyri-mümkün idi. İndi isə biz məscidi bərpa etmişik. Bərpa zamanı qədim daşlardan istifadə olunub, yəni, məscidin tarixi görkəmi tam qorunub. Bu, təkcə sizin kənd üçün, Şamaxı üçün yox, bütün Azərbaycan, bütün müsəlman aləmi üçün çox əlamətdar hadisədir. Xüsusilə bu il Azərbaycandaİslam Həmrəyliyi İlielan olunub. Bax, bu gözəl tarixi-dini abidəni biz bu il istifadəyə veririk.

Axund Nəbi İsgəndərov: Bu Məhərrəm ayında bizə belə gözəl hədiyyəni etdiyinizə görə Sizə bir daha təşəkkür edirik, bunun savabı hər şeydən üstündür. Biz bilirik ki, Siz , ailəniz dinə, Allaha bağlı insanlarsınız. İcazə verin, Sizə müqəddəsQurani Kərimkitabını hədiyyə edək. Allah Sizdən razı olsun. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.

Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edildi.

Prezident İlham Əliyev: Çox sağ olun. Dəmirçi kəndinə yol çəkilib. Xoşunuza gəlir? İşıq, qaz, su, indi rahat yol, körpü.

Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, saymaqla qurtaran deyil, biz sadalamadıq ki, vaxtınızı alarıq.

Prezident İlham Əliyev: Buradan da Lahıca qədər yol çəkiləcək. Sizin Lahıcda da qohumlarınız yaşayır, indi onlara tez-tez baş çəkərsiniz.

Axund Nəbi İsgəndərov: Lahıca getmək üçün 70-80 kilometr yol qət edirdik. İndi 20 kilometr gedəcəyik. Bu, Sizin sayənizdə olacaq.

Prezident İlham Əliyev: Mən tapşırıq vermişəm, bu il işlər başlayacaq yol gələn il istifadəyə veriləcək. Beləliklə, Dəmirçi kəndinə maraq böyük olacaq, turistlər gələcək. Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Bu, həm yeni yerləri, həm dolanışığın yaxşılaşması deməkdir. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar. Bax, Azərbaycanın gözəlliyi qüdrəti bundan ibarətdir.

Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, bunlar hamısı Sizin sayənizdə mümkün olub. Biz Sizdən çox razıyıq.

 

***

 

Yerli əhalinin turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə istirahət yerləri təşkil olunub. Bunlardan biri bir neçə yerdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq oldular.

Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraq doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin turistlərin istirahətinə maraqlı anlar qatacaq.

Dövlətimizin başçısını birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət etdilər.

Dəmirçi turizm infrastrukturundaAzərxalça” ASC yer alıb. Burada toxunacaq xalçalar sonradan turistlərə satılacaq ki, bu layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.

Bərpa yenidənqurma işləri zamanı yeni xalq sənəti obyektlərinin tikilib istifadəyə verilməsi diqqət mərkəzində saxlanılıb. Kənddə dəmirçilik sənətinin dirçəldilməsi bu sahəyə marağın artırılması məqsədilə dəmirçi dükanı emalatxanası yaradılıb.

Azərbaycan Prezidenti birinci xanım dəmirçi dükanı emalatxanası ilə tanış oldular.

Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi təqdim edildi.

Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Qeyd edək ki, ötən il Dəmirçi kəndindən Lahıc qəsəbəsinə yol çəkilişi zamanı saxsı qablar insan skeleti fraqmentləri aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşlarının Dəmirçi-Lahıc yolunun 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırmalar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müəyyən edilib. Qazıntılar zamanı ərazidən qızıl gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr digər maddi-mədəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan qazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-mədəniyyət nümunələri əsasında Gəgəli nekropolunun son antik ilk orta əsrlərə aid edildiyi məlum olub.

Beləliklə, Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətdə turist marşrutları üzrə mükəmməl infrastrukturun müasir turist yerləşdirmə obyektlərinin yaradılması artıq öz bəhrəsini verir. Bu isə Azərbaycanın qədim zəngin mədəniyyətini, milli mətbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır.

Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirildi.

 

Azərbaycan.- 2017.-3 oktyabr.- S.6.