Pavlo Klimkin: Azərbaycan ilə Ukrayna arasında siyasi münasibətlər mükəmməldir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Bildirilib ki, bu il Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edilirbununla əlaqədar hər iki ölkənin prezidentixarici işlər nazirləri arasında qarşılıqlı təbrik mübadiləsi həyata keçirilib.

Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı mövqelərin üst-üstə düşdüyünü qeyd edib.

Nazirlər Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurasının, Hökumətlərarası birgə Komissiyanın, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələri yüksək qiymətləndiriblər.

Pavlo Klimkin Azərbaycan ilə Ukrayna arasında siyasi münasibətlərin mükəmməl olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib, ticarət dövriyyəsində yüksək artım dinamikasının müşahidə olunduğunu deyib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin regional təşkilatlar olan QDİƏT və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər Azərbaycanın və Ukraynanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Tərəflər, həmçinin regional nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutlarının imkanları, iqtisadivaxt baxımından üstünlükləri, Ukraynadan gələn bəzi yüklərin Azərbaycan ərazisindən keçməklə Orta Asiya ölkələrinə nəqli məsələlərini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nin müvafiq qətnamələrində də təsbit olunduğu kimi, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, metro, aviasiya, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər müzakirə olunan məsələlərə dair mətbuat konfransı keçiriblər.

 

Azərbaycan.- 2017.- 4 oktyabr.- S. 5.