Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması
qaydası haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 647-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 87; 2015, ¹ 8, maddə 910; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 377) ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:
“1.5-1. Bu əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2017-ci il
Azərbaycan.-
2017.-5 oktyabr.- S.4.